İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qisas əməliyyatı 2” - Qarabağda yeni müharibə qaçılmaza çevrilir... Rauf Arifoğlu ilə CANLI

1143 08.08.2022 11:51 Gündəm A A

Keçən həftə ordumuz Qarabağda bir neçə şəhid verdi. Bununla belə şəhidlərimiz canları ilə yeni hərbi uğurlarımıza vəsilə oldu. Yeni əraziləri azad elədik və daha uğurlu mövqelərə çıxdıq, yüksəklikləri götürdük.

“Qisas” əməliyyatı təzədən köhnə iddialara qayıtmaq istəyən düşmənə, separatçı tör-töküntülərə sözün əsl mənasında qəfil və ağrılı, eyni zamanda ayıldıcı zərbə oldu. Bakının səbri ilə oynamağın nə dərəcədə təhlükəli olduğunu nümayiş etdirdi.

Özlərini yaxşı aparmasalar, Azərbaycan Prezidentin xəbərdarlıq mesajlarını yenə tərs anlasalar, heç kimin, hətta rusların belə onlara kömək edə bilməyəcəyini bütün dünyaya göstərdi.

Başqa sözlə, “Qisas əməliyyatı - 1” hər an “Qisas əməliyyat - 2”yə keçə bilər. Qalır qarşı tərəfin nəticə çıxarıb-çıxarmayacağına. İrəvan baş verənlərdən nəhayət, ciddi dərs götürməlidir. Götürəcəkmi?

Azərbaycanın son antiterror əməliyyatını şərh edən tanınmış israilli politoloq Mixail Finkel deyib ki, Ermənistanın xoşluqla sülhə gələcəyinə inanmır və daha bir müharibə qaçılmaz olacaq. Bu ehtimal nə dərəcədə ciddidir?

TVMüsavat-ın saat 12:00-da canlı efirində “Həftə içi” verilişinin qonağı olan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə Qarabağdakı prosesləri müzakirə edirik. Müzakirəyə tamaşaçılarımız da qatıla bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR