İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanın keçmiş baş nazirinin oğlu axtarışa verilib

428 18.01.2024 10:50 Dünya A A

Qırğızıstanda ölkənin keçmiş baş naziri Daniyar Usenovun oğlu Murad Usenov məhv edilmiş oğrubaşı Kamçi Kolbayevin cinayət yolu ilə əldə edilmiş gəlirlərinin leqallaşdırılmasına görə axtarışa verilib.

Musavat.com qırğız mediasına istinadla xəbər verir ki, MTN-in mətbuat mərkəzindən verilən məlumata görə, həmin şəxs 2018-ci ildən başlayaraq kriminal avtoritetin cinayətkar fəaliyyətini və sahibkarlıq subyektlərindən reket, hədə-qorxu yolu ilə pul tələb etməsini bilə-bilə mütəşəkkil qurumların nümayəndələri ilə fəal şəkildə iş aparıb..

“Xüsusən də Murad Usenov İssık-Kul bölgəsində Kamçi Kolbayevlə birlikdə “Kaqanat” pansionatının ərazisindəki “Flamingo Bay” restoranına və Çolpon-Atadakı “White” gecə klubuna sahib idi. O, həmçinin Kolbayevə məxsus Ordo alış-veriş mərkəzinin üçüncü mərtəbəsində elit gecə klubu açmağı planlaşdırırdı”, - idarədən qeyd edilib.

MTN-in mətbuat mərkəzindən əlavə ediblər ki, M.Usenov Bişkekdə 11-dən çox elit müəssisəyə xidmət göstərən restoran biznesində idarəetmə şirkətinə sahibdir. Bunların arasında “Asman”, “Social Coffee”, “Urban”, “Sushi Room”, “Red cow”, “Cakes/bubbles”, “My shisha”, “Aroma”, “Dough Mesto” və s. var. Gəlirlərin bir hissəsi mütəşəkkil cinayətkar qrupların maliyyələşdirilməsinə sərf edilib.

Məlumatda bildirilir ki, M.Usenovun ölkə xaricində, məsələn, Dubayda və Qazaxıstanda da biznes obyektləri olub.

İdarədən bildirilib ki, real gəlir məbləğini gizlətmək məqsədilə Murad Usenov və onun yaxın qohumları filial kimi qeydiyyata alınıb. Təkcə Çuy vilayətində 180-dən çox torpaq sahəsi, eləcə də Kamçı Kolbayevə məxsus “Kaqanat” istirahət mərkəzində kotteclər müəyyən edilib.

Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 261-ci “Cinayət törətmək üçün mütəşəkkil dəstədə iştirak” maddəsi ilə cinayət törətməkdə təqsirli bilinən Murad Usenov qiyabi olaraq axtarışa verilib.

“24.kg” xəbər verir ki, M.Usenovun atası Daniyar Usenov da vəzifəsini itirdikdən sonra ölkədən qaçıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR