İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda vətəndaşlıqdan çıxmaq çətinləşəcək

360 26.02.2024 14:28 Dünya A A

Qırğızıstan Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi “Qırğızıstan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavələr hazırlayıb.

Musavat.com 24.kg-a istinadən xəbər verir ki, agentlik onları ictimai müzakirəyə təqdim edib.

Əsasnamədə qeyd edilir ki, qanun layihəsi daxili ziddiyyətləri aradan qaldırmaq və Qırğızıstan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması prosesini tənzimləmək məqsədilə hazırlanıb.

Xüsusilə 12-ci maddəyə dəyişiklik təklif edilir. Bu, valideynləri və ya tək valideyni Qırğızıstan Respublikasının vətəndaşı olan uşağın doğulduğu yerdən asılı olmayaraq Qırğızıstan vətəndaşı olmasını nəzərdə tutur.

Bundan əlavə, 25-ci maddəyə şəxsin Qırğızıstan Respublikasının milli təhlükəsizliyinin maraqlarına zidd olduqda, şəxsin ölkə vətəndaşlığından çıxmasına razılıq verməkdən imtina edilməsi üçün əsasların əlavə olunması təklif edilir.

“Bunlar vətəndaşın ağır və xüsusilə ağır cinayətlərə dair cinayət işi üzrə şahid, şübhəli, zərərçəkmiş və ya təqsirləndirilən şəxs olması hallarıdır, yəni məhkəmənin qərarı çıxarılana kimi vətəndaşlıqdan çıxmağa yol verilmir”, - sənəddə deyilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR