İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda ölünün yandırılmasına icazə verildi

647 29.02.2024 21:08 Dünya A A

Qırğızıstanın şəhərlərində dövlət krematoriyaları tikiləcək.

Bu barədə Joqorku Keneşin (dövlət qanunverici orqanı - red.) deputatı Marlen Mamatəliyev məlumat verib.

O, krematoriyalarla bağlı bəndin bu yaxınlarda qəbul edilmiş “Dəfn və dəfn işləri haqqında” Qanunda olduğunu bildirib.

“Bizdə elə insanlar var ki, öldükdən sonra yandırılmağını istəyirlər. Yeni qanun krematoriyaların tikilməsini nəzərdə tutur. Onlarda təkcə insanların cəsədlərini deyil, bəzi xəstəlikləri olan ölü heyvanları da yandıracaqlar”, - deyə deputat əlavə edib.

Onun sözlərinə görə, krematoriyalar dövlət hesabına və yalnız şəhərlərdə tikiləcək, lakin hələlik dəqiq sayı məlum deyil.

“Altı ay ərzində əlavə hüquqi akt və qaydalar qəbul ediləcək. Şəxsin yandırılması proseduru müəyyən yoxlamadan keçir. Krematoriyaların işinə dövlət qurumları nəzarət edəcək”, - Mamatəliyev qeyd edib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR