İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzada ölənlərin sayı DƏHŞƏTƏ gətirir - ŞOK RƏQƏMLƏR

784 01.02.2024 17:04 Dünya A A

Qəzza zolağına havadan, qurudan və dənizdən edilən hücumlar nəticəsində ölənlərin sayı 27 min 19-a yüksəlib.

Musavat.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən məlumatda İsrail ordusunun həyata keçirdiyi hücumlar nəticəsində son 24 saatda 118 nəfərin öldüyü, 190 nəfərin yaralandığı açıqlanıb.

Hücumların başladığı 7 oktyabrdan bu yana can itkisinin 27 min 19-a, yaralıların sayının isə 66 min 139-a yüksəldiyi bildirilib.

İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən açıqlamada İsrailin 27 oktyabrdan bu yana Qəzza zolağında həyata keçirdiyi quru əməliyyatında həlak olan əsgərlərin sayının 224-ə yüksəldiyi bildirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR