İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzaya düşən müəllimlərlə bağlı yeni xəbər - Üçünün vəziyyəti ağırdır

1087 13.12.2022 16:31 Hadisə A A

Bakı-Quba yolunda baş verən hadisə ilə əlaqədar 3 nəfərin (hər biri qadın olmaqla) müalicəsinə TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzində davam edilir. Onların vəziyyəti hazırda orta ağırdır.

BAKU.WS xəbər verir ki, bu barədə apa-ya TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində xəsarət alan 1 nəfər isə (kişi olmaqla) Sumqayıt Tibb Mərkəzinə təxliyə olunub.

Qeyd edək ki, xəsarət alanların diaqnozları əsasən döş qəfəsinin küt travması, kürəyin küt travması, sınıqlar, cırılmış yaralar olub.

Xatırladaq ki, hadisə nəticəsində bir nəfər (kişi olmaqla) yerində, bir nəfər (kişi olmaqla) isə xəstəxanada dünyasını dəyişib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR