İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzalı vəziyyətdə olan məscidin bərpasına başlanılacaq - Fotolar

688 21.10.2022 20:35 Gündəm A A

Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən Şah Sultan Hüseyn məscidinin (XVII əsr) ətrafı məişət tullantılarından təmizlənib​.

Musavat.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şah Sultan Hüseyn məscidinin yaxın zamanda bərpasına başlanılması planlaşıdırılır. Bunun üçün artıq hazırlıq işlərinə də başlanılıb.

Qeyd edək ki, bu ilin fevralında fotoqraf Firudin Səlimov məscidin qəzalı vəziyyətdə olduğunu əks etdirən fotolar paylaşmışdı.




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR