İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətərin Trampa hədiyyə etdiyi təyyarə ilə bağlı QALMAQAL - Ağ Ev HƏRƏKƏTƏ KEÇDİ

670 24.07.2026 14:19 Dünya A A

Yeni prezident təyyarəsi “Air Force One” ilə bağlı məlumatların mətbuata sızması çərçivəsində aparılan daxili araşdırma zamanı Ağ Evin bir neçə əməkdaşının mobil telefonu müsadirə olunub.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb.

Məlumata görə, istintaq ABŞ administrasiyasının daxilindəki mənbələrin verdiyi xəbərlər əsasında aparılır.

Nəşr bildirir ki, ABŞ prezidenti Donald Tramp baş verən sızmadan son dərəcə qəzəblənib və köməkçilərindən araşdırmanın gedişatı barədə müntəzəm olaraq məruzə etmələrini tələb edib.

Yoxlamalara Qətər tərəfindən Trampa hədiyyə edilən yeni təyyarənin təhlükəsizlik məsələləri ilə bağlı "The New York Times" (NYT) qəzetində dərc olunan məqalə səbəb olub.

İyul ayında material işıq üzü gördükdən sonra NYT-nin bir neçə jurnalistinə məhkəmə çağırış vərəqəsi göndərilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR