İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin seçki təxribatı - Bakıdan sərt reaksiya

958 18.01.2024 12:52 Siyasət A A

Ekspertlər deyir ki, Zəfər seçkisinin nəticələrini heç bir halda şübhə altına almaq mümkün olmayacaq; hakimiyyət Avropa və Qərb təsisatlarının ədalətsiz müdaxiləsinə meydan verməyəcək; bəzi təşkilatlar 7 fevral seçkisinə dair rəyini indidən hazır edib...

7 fevralda keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etmək, seçki öncəsi durumu öyrənmək üçün ölkəmizə xeyli sayda xarici müşahidəçi gəlib. Müxtəlif qurumları, dövlətləri təmsil edən müşahidəçilər namizədlərlə, müvafiq qurum və şəxslərlə görüşlər keçirirlər. 

Bəzi Avropa təsisatları isə bütün məsələlərdə olduğu kimi, Azərbaycana qarşı qərəzli mövqelərini seçki prosesində də təkrarlayırlar. 

Məsələn, Avropa Parlamenti belə bir açıqlama ilə çıxış edib ki, Azərbaycana seçki ilə əlaqədar müşahidəçi göndərməyəcəklər. 

“Biz seçki prosesini izləməyəcəyik və müvafiq olaraq nə prosesin özü, nə də nəticələr barədə şərh verəcəyik”, - açıqlamada bildirilir.

Belə fon yaranırdı ki, sanki Avropa Parlamentinin gəlməsi gözlənilirmiş, ancaq onlar imtina edir. Lakin məsələ heç də belə deyilmiş! 

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə məsələyə aydınlıq gətirib. O bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Parlamentinə növbədənkənar seçkilərdə müşahidəçilik üçün dəvət yollamayıb. 

Yəni bu, məhz Azərbaycanın seçimidir ki, ölkəmizə qarşı daim qərəzli mövqe tutan avroparlament və digər bu kimi qurumlara seçkilərdə müşahidəçilik üçün dəvət göndərməyə ehtiyac görülməyib. Tamamilə haqlı addımdır. 

Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı (TDT) və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərildiyi açıqlanmışdı.

Göründüyü kimi, siyahıda Avropa Parlamentinin, yaxud Avropa İttifaqının hər hansı digər strukturunun adı çəkilmir. Odur ki, rəsmi Bakıdan dəvət almayan Avropa Parlamentinin seçkiləri müşahidə etməyəcəyi barədə bəyanat verməsi həqiqətən məntiqsiz görünür.

Aydın görünür ki, Avropa İttifaqının Fransa kimi bəzi üzvləri və qanunverici orqan sayılan Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, müstəqil və heç bir kənar təsirə boyun əyməyən xarici siyasəti və iqtisadi gücünün artması fonunda narahatlıq keçirir. 

Avropa Parlamenti anlamalıdır ki, məhz bundan əvvəl dəfələrlə təkrarlanan qərəzinə görə Azərbaycan onu fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə dəvət etməyib.

Azərbaycan xalqı fevralın 7-də öz layiqli seçimini edəcək.

Maraqlıdır, seçkini izləməyən qurumlar sonradan hansısa bəyanatlar verə bilərmi? Onların qərəzli mövqeləri gözləniləndirmi?

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - Turkic World

İlyas Hüseyov

Sosial Təqdiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseyov “Yeni Müasavat”a bildirdi ki, 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkisi tarixi seçkidir, Zəfər seçkisidir. Növbədənkənar seçkiyə gedilməsinin səbəblərini Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində açıqladı: “Bütün ölkə ərazisində suverenliyimizin bərpa olunmasından sonra yaranan yeni reallıqlarda keçirilən ilk seçki olacaq. O ki qaldı Avropa Parlamentinin seçkilərə münasibətinə, bu qurumun Azərbaycana qərəzli münasibəti bəllidir və biz buna alışmışıq. Qərəzli olduqları üçün də onlara dəvət göndərilməyib. Azərbaycan tərəfi düzgün olaraq Avropa İttifaqına müraciət ünvanlamayıb ki, gəlib seçkini izləsinlər. Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisini ATƏT-in, MDB-nin, Türk Dövlətləri Təşkilatının və bir sıra digər beynəlxalq təşkilatların, həmçinin tərəfdaş dövlətlərin müşahidə missiyaları müşahidə edəcək. Artıq beynəlxalq müşahidəçilərin bir qismi Azərbaycanda fəaliyyətə başlayıblar, görüşlər keçirirlər, seçki kampaniyasının gedişini izləyirlər. Hər hansı beynəlxalq müşahidəçilər seçkini müşahidə etmək istəyirsə, əvvəlcədən ya onlar özləri Bakıya rəsmi müraciət etməlidirlər, ya da Bakıdan onlara dəvət olmalıdır. Bu prosedur həyata keçməyibsə, heç kim kənardan gəlib burada seçkini müşahidə edə və rəy verə bilməz. Seçkini müşahidə etmədən onun demokratiya dəyərlərinə nə qədər uyğun olub-olmamasına dair rəy vermək doğru deyil və heç kim bu rəyi qəbul etməz. Lakin biz indidən bəzi xarici təşkilatların qərəzli ikili yanaşmalarını hiss etməkdəyik. Avropa Parlamentindən verilən açıqlama onların indidən qərəzli mövqeyini nümayiş etdirir. Azərbaycan onları dəvət etmədiyi üçün seçkini müşahidə etməkdən kənarda qalıblar, lakin açıqlama verirlər ki, Avropa Parlamenti Azərbaycanda seçkini müşahidə etməyəcək. Sanki bizi boykot edirmişlər kimi açıqlama vermələri qərəzli olduqlarını növbəti dəfə ortaya qoyur. Azərbaycanda seçki kampaniyası demokratik şəraitdə keçir və seçkilər demokratik keçiriləcək. Buna şübhə yoxdur. Ona görə də seçkinin nəticələrini də şübhə altına mümkün olmayacaq. Növbədənkənar prezident seçkisi yüksək səviyyədə keçəcək və hər hansı qərəzli bəyanatlarla buna kölgə salmaq cəhdlərinin nəticəsi olmayacaq”.

Bir sıra siyasi analitiklər isə hesab edir ki, Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkisi ilə bağlı bəzi Qərb institutlarının rəyi seçki təyin olunan ilk günlərdən hazırlanıb.  Orada nə yazılacağı məlumdur. Yazılacaq ki, seçkilər demokratik keçirilməyib, əsas siyasi qüvvələrin iştirakı təmin olunmayıb, seçki komissiyaları bərabər əsasda təşkil olunmayıb və sair. Lakin beynəlxalq təşkilatların Azərbaycanda keçirilən seçkilərə müdaxilə imkanları geniş deyil. Azərbaycanın son addımları da göstərdi ki, hakimiyyət Qərbin, Qərb institutlarının ədalətsiz müdaxiləsinə meydan vermək fikrində deyil. Ölkə prinsipial mövqe qoymaq gücünə malikdir. Bu səbəbdən Qərbin, Qərb institutlarının seçkilərə müdaxilə etmək imkanları son dərəcə məhduddur və onlar artıq indidən 7 fevraldan sonra yayacaqları bəyanatları hazırlayıblar. Onların addımları bundan o tərəfə keçməyəcək. Qərəzli hesabatlarda məqsəd Azərbaycan hakimiyyətinə təzyiq göstərmək, öz istəklərini diktə eləmək, öz siyasətlərini Cənubi Qafqaz bölgəsində reallaşdırmağa çalışmaq və Azərbaycanı da Ermənistan kimi öz istəklərinin icraçısına çevirməyə cəhd göstərməkdir. Ancaq son ayların hadisələri göstərir ki, bu, Azərbaycana qarşı mümkün deyil. Azərbaycan hakimiyyəti yalnız dövlətimizin və xalqımızın maraqlarına cavab verən siyasəti yeridir və yalnız bu maraqlara uyğun olan təklifləri qəbul edir. Azərbaycanda prezidenti xalq seçir, Azərbaycan o ölkələrdən deyil ki, rəhbərini hansısa xarici təşkilatlar, xarici qüvvələr seçsin.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR