İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi Azərbaycana qayıdırıq: konsepsiya da, xalq da hazırdır! - VİDEO

1020 26.01.2023 19:12 Gündəm A A

26 yanvar 2023-cü il tarixində Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının iclası keçirilib. İclasda Qayıdış Konsepsiyası layihəsinə baxılıb və sənəd layihəsi səsə qoyularaq təsdiq edilib və Daha sonra İcmanın əsas orqanlarının genişləndirilmiş birgə iclasına təqdim edilib.

Qərbi Azərbaycan İcmasının (QAİ) sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, sözügedən Konsepsiya “Qərbi Azərbaycan İcması”nın bu sahədə fəaliyyətinin əsas istiqamət lərini müəyyən edən sənəddir. “Qayıdış Konsepsiyası”-nın əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməkdir.

Konsepsiya təsdiq edildikdən sonra, geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə media orqanlarının da iştirakı ilə tədbir təşkil edilib.

TV Müsavat sözü gedən iclas və media orqanları ilə təşkil edilən tədbirdən reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik.

Dürrə Həsənova
Rafət Şahbazov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR