İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərbi Azərbaycan İcması”nın sözçüsü o oldu

2785 11.10.2022 09:55 Sosial A A

Jurnalist Ülviyyə Zülfiqar “Qərbi Azərbaycan İcması”nın mətbuat katibi təyin edilib.

Musavat.com xəbər verir ki, bu barədə “Qafqazinfo”ya icmadan bildirilib.

Qeyd edək ki, Ü.Zülfiqar 2006-cı ildən 2021-ci ilədək “ATV Xəbər”də siyasi müxbir kimi fəaliyyət göstərib, analitik süjetlərin müəllifi olub. Azərbaycanda keçirilən iri həcmli idman yarışları zamanı ingilisdilli aparıcı kimi fəaliyyət göstərib.

2020-ci ildən etibarən ingilis dilli News.az agentliyinin baş redaktoru olaraq fəaliyyət göstərir.

2022-ci il avqustun 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” ictimai birliyinin ümumi yığıncağı zamanı səsvermə nəticəsində birliyin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR