İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdən dialoq çağırışı gəlir, Azərbaycan isə... - RƏY 

519 30.05.2023 16:14 Siyasət A A

“Brüssel görüşündə irəliləyiş var. Kişinyov görüşünə bunun davamı kimi baxılır”.

Bunu Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

“Gözlənilən görüşdə erməni icması ilə bağlı dialoq olacaqmı?” sualına ekspert belə cavab verib: “Praqa görüşündən sonra siyasi istiqamət iki formada şaxələndi: Qarabağ və Ermənistan. Erməni icması ilə dialoq məsələsi Vaşinqton görüşlərindən sonra önə çıxdı. Bundan sonra Prezident Qarabağ ermənilərini danışığa dəvət etdi, dialoq pəncərəsini açdı. Rusiyanın dəstəyi ilə terrorçulara silah daşınması davam edir, Qərbdən isə dialoq çağırışı gəlir. Görünən odur ki, Kişinyovda dialoqla bağlı məsələ müzakirəyə çıxarılacaq. Bu həm də Azərbaycanın anti-terror əməliyyatı keçirməsinə müsbət baxmayan Avropanın mövqeyidir”.

Ə.Əlibəyli qeyd edib ki, müzakirəni şərtləndirən ölkə başçısının Laçındakı çıxışıdır:

“Azərbaycan tərəfi Kişinyov görüşündən avantaj kimi istifadə edə bilər. Biz Kişinyovda ciddi nəticə əldə olunacağından daha çox anti-terror əməliyyatının başlama faktoruna inanırıq”.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel tviter hesabında yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moldovanın paytaxtı Kişinyovda keçiriləcək görüşü səbirsizliklə gözləyirik: “Bu görüş tərəflərin bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək, eləcə də sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq üçün vacibdir. Rəsmi Bakı ilə Qarabağdakı erməni icması arasında dialoq indi mühüm əhəmiyyət kəsb edir: Hədəf dialoq olmalıdır. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxt lazımdır. Cəsarətli qərarlara ehtiyac var”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR