İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Azərbaycana bu yolla təzyiq edir - ŞƏRH

1479 23.01.2024 15:44 Siyasət A A

Xəbər verildiyi kimi, almaniyalı deputat Frank Şvabe Avropa Şurası Parlament Assambleyasında qış sessiyasının ilk iclasında Azərbaycanın səsini dondurmaq təşəbbüsü irəli sürüb.

Ekspertlər hesab edirlər ki, bu təşəbbüs Fransanın təsiri ilə irəli sürülüb, belə ki, Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır.

AZAD.jpg (82 KB)

Mövzunu Musavat.com-a şərh edən siyasi ekspert Azad Məsiyev bildirib ki, Avropada fəaliyyət göstərən təşkilatlar Azərbaycana qarşı qərəzli münasibət göstərir:

“Avropanın daxili və xarici siyasətində söz sahibi olan Fransanın mövqeyi əsas götürülür. Təklifin ermənipərəst qüvvələrin təsiri ilə verilməsi ehtimalı azdır. Avropa erməni diasporunun əlində alətə çevrilməyib. İstər ABŞ, istərsə də Avropa dövlətləri erməni diasporundan öz məqsədləri üçün istifadə edirlər. Qərb koalisiyası Cənubi Qafqaza girmək, regionu öz təsiri altına salmaq istəyir. 44 günlük Vətən müharibəsi Qərbin planlarını pozdu. Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra Avropa ölkəmizə qarşı qərəzli münasibət göstərir. Başda ABŞ olmaqla, Qərb Azərbaycana təzyiq edir. Avropa bəşəriyyət üçün təhlükə mənbəyidir. I Dünya müharibəsi, II Dünya müharibəsi, Ukrayna ərazisində faktiki olaraq III dünya müharibəsi davam edir. Avropa cəmiyyəti sülhpərəstdirsə, on milyonlarla insanın ölümünə səbəb olan bu müharibələr baş verməzdi. Ukraynada müharibənin uzanması bəşəriyyət üçün təhlükədir. Qarşıdurma pik həddə çatsa, nüvə silahı işə düşə bilər. Azərbaycan Avropadan uzaqlaşıb, Turan sivilizasiyasına meyllənməlidir. Dünyanın pozulmuş nizamı üçün yeni sivilizasiya meydana gəlməlidir. Bu da Turandır. Turan sivilizasiyasının yaradılması tarixi zərurətdir. Türkiyə və Azərbaycan bu prosesdə lokomotiv rolunu oynaya bilər”.

Ekspertin fikrincə, hazırda Avropanın aparıcı dövləti olan Fransanın Azərbaycana qarşı düşmənçiliyi göz önündədir, ölkəmizə qarşı sanksiya çağırışları edir:

“Düşünürəm ki, Fransanın bu siyasətinə adekvat cavab verilməlidir. Bildiyimiz kimi, 2024-cü ildə Yay Olimpiya Oyunları Fransada keçiriləcək. Fransa terroru dəstəkləyir, bunu dövlət siyasətinə çevirib. Fransa insan haqlarının tapdalanması ilə gündəmdədir. Bu ölkə demokratiya dəyərlərini tapdalayaraq Azərbaycana qarşı qərəzli çıxışlar edir. Fikrimcə, türkdilli dövlətlər olimpiya hərəkatını boykot etməlidir. Bunun üçün əlimizdə kifayət qədər əsas var. Bununla Fransanın fəaliyyətini beynəlxalq ictimaiyyətə çatdırmış olarıq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR