İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb-Azərbaycan münasibətləri: ermənilər sevinir, Bakı isə...

2618 27.10.2023 12:27 Siyasət A A

Ermənistanın indi bütün ümidləri ölkəmizə qarşı beynəlxalq təzyiq yaratmağa yönəlib - analitiklərin şərhi

Ermənistan və Azərbaycan liderlərinin oktyabrın sonlarında Brüsseldə keçirilməsi planlaşdırılan görüşünün baş tutmaması ilə İrəvan yeni yalan kampaniyası başladıb. Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, görüş Azərbaycanın təqsiri ucbatından baş tutmayacaq. Onun fikrincə, Azərbaycan sərt mövqeyi səbəbindən Qərbin gözündə əlverişsiz vəziyyətə düşüb və “Bakıda narahatlıq yaranıb”.

O həqiqətdir ki, son bir ayda Avropa Parlamenti, AŞ PA və Aİ ölkələri anti-Azərbaycan qətnamələri qəbul edib. Amma Qərbin Azərbaycana təzyiqləri ölkəmizin Ermənistandan fərqli olaraq müstəqil xarici siyasət yürütməsinə görədir. Ermənistanda sorosçuların və rotşildlərin təmsilçisi olan Nikol Paşinyan onların maraqlarına xidmət etdiyi halda, Azərbaycanın dövlət rəhbəri İlham Əliyev dövlət siyasəti və dövlət strategiyasını məhz ölkənin təhlükəsizlik maraqlarına əsasən həyata keçirir. Bəli, bu, Qərb tərəfindən xoş qarşılanmır.

Ermənistandan fərqli olaraq Azərbaycan Qərbin təhlükəsizlik sisteminə inteqrasiya ilə bağlı prosesin süni şəkildə sürətləndirilməsində maraqlı deyil. Azərbaycan regionla bağlı müəyyən geosiyasi problemlər kontekstindən hərəkət edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan hərbi-siyasi bloklara qoşulmayan dövlətlərin birliyində təmsil olunur. Qərbin Azərbaycan üzərində təzyiqlərində bu amil xüsusi yer tutur. Bu məsələdə digər amil isə Azərbaycanın Rusiya ilə münasibətləridir. Çünki Qərbin israrlı mövqeyinə baxmayaraq, Azərbaycan Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmayıb. Azərbaycan Rusiya üçün xüsusi əhəmiyyət daşıyan logistik mərkəzə çevrilib. Sadalanan bu kimi amillər təbii ki, Qərbin Azərbaycana təzyiqlərinin artmasına səbəb ola bilər. Amma Azərbaycanın İrəvanın iddia etdiyi kimi, guya təzyiqlər səbəbindən Brüssel görüşündən imtina etməsi yalandır. Ermənilərin əlbəttə ki, indi bütün ümidləri Azərbaycan-Qərb qarşıdurması yaratmağa yönəlib. Hər yerdə Azərbaycandan şikayət edir, Qarabağda guya məcburi köçürülmə olduğunu iddia edirlər. Bəs Bakı həqiqətən Qərbin təzyiqlərindən narahatdırmı?

Ermənipərəst politoloq Sergey Markedonovun fikrincə, mümkündür ki, noyabr ayında da Brüssel görüşü ilə bağlı problemlər yaransın: “Moskvanın təşəbbüsü ələ keçirmək şansı var. Azərbaycanın imtina etməsi aydındır. Bakı demək olar ki, istədiyi hər şeyi aldı. Yalnız əraziləri deyil. Erməni icması olmadan Qarabağı geri qaytardı",- deyə rus analitik düşünür.

Oxu.az - Ramiyə Məmmədova: “Türkiyə seçicisi başa düşür ki, Ərdoğan  xarizmatik liderdir”

Ramiyə Məmmədova

“Razıyam ki, Ermənistan Azərbaycanı həm Rusiya, həm Qərblə üz-göz etməyə çox çalışıb. Birincisi alınmadı, yəni Bakı-Moskva münasibətlərini korlamaq üçün Qarabağda baş verən hadisələr fonunda müxtəlif tələlər qurmağa cəhd etsələr də, nail ola bilmədilər. İrəvan indi də arzulayır ki, Qərblə Bakının arasını vursun, sanksiyalar tətbiq olunsun, Azərbaycan Ukraynanı işğal edən Rusiyanın yanında dayanan bir dövlət kimi görünsün”. “Yeni Müsavat”a prosesləri şərh edən siyasi təhlilçi Ramiyə Məmmədova belə izah edir. O təklif edir ki, gəlin görək, Qərb deyəndə bizə qarşı hansı güc mərkəzləri nəzərdə tutulur: “Böyük Britaniya ilə problem yoxdur, hər şey göz qabağındadır, ABŞ-da hansısa ermənipərəst senatorlar hürürsə, bunu da Vaşinqtonun rəsmi mövqeyi adlandırmaq olmaz, İspaniya kimi dişsiz dövlətin Senatı hər hansı zibil yeşiyinə atılacaq qətnamə qəbul edirsə, heç vecimizə də deyil, Avropa təsisatlarının bəyanatları isə tövsiyə xarakterlidir, Almaniyaya gəlincə, nataraz vəziyyətdədir, açıq şəkildə mövqeyini bildirmir. Burada yalnız Fransa var, onun lideri Makron da Qranada sammitində bəyan etdi ki, Bakı ilə dialoq lazımdır, sanksiyalar gündəmdə deyil. Onun təsiri altında olan Kanada Ermənistana dəstək verir ki, bu da bizə böyük ölçüdə narahatlıq yaratmır. Ona görə Qərb-Azərbaycan qarşıdurması riskinin olduğunu görmürəm. Sadəcə, təsnifatlandırmaq lazımdır”.

Ekspertin fikrincə, Ermənistan istəyərdi ki, kollektiv Qərbin Azərbaycana ağır təzyiqləri olsun: “Amma bunun üçün tutarlı səbəb yoxdur. Bakı bir bəhanə belə verməyib ki, ittihamların əsası olsun. Üstəgəl, Azərbaycan Avropa üçün vacib tərəfdaşdır, enerji ixracatçısıdır. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Bakıda strateji qaz sənədi imzaladı. Avropa Birliyini ram etməyə çalışan ABŞ bu əməkdaşlığı yaxşı görür və Azərbaycanla əlaqələri kökündən korlamaq istəməz. Bu, Rusiyanın bizə təsirlərini daha çox artırmış olar. Bundan başqa, heç enerji əməkdaşlığı olmasa belə, Qərb bizi nədə ittiham edəcək? Öz ərazilərimizdə əli silahlı terrorçu rejimi zərərsizləşdirmişik, bunun üçün? O baxımdan bu da bir kampaniyadır, bəzi beynəlxalq təşkilatlar Fransanın xoruna qoşulub bəyanatlar səsləndirir, bir müddət sonra səngiyəcək”.

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

 Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun görüşdən imtina ilə bağlı şərhinə görə, Brüsseldə oktyabrın 26-27-də Avropa İttifaqı liderlərinin sammiti də nəzərdə tutulub: “Avropa İttifaqı ölkələrinin liderləri Yaxın Şərqdəki münaqişəni müzakirə edəcəklər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, liderlər xarici siyasətlə bağlı digər məsələləri, o cümlədən Priştina ilə Belqrad arasında münasibətləri, eləcə də Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər. Azərbaycan və Ermənistan liderlərinin görüşünün baş tutmamasını bu sammitlə əlaqələndirmək olar”. Politoloqun sözlərinə görə, Mişel ilin əvvəlindən Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında görüşlər təşkil edib və bu görüşlər hansısa sammitlə əlaqələndirilməyib: “Şarl Mişel Azərbaycan və Ermənistan liderləri arasındakı son  görüşləri Avropa İttifaqının müxtəlif sammitlər çərçivəsində həyata keçirməyə çalışır. Fransanın liderliyə can atdığı həmin sammitlərdə isə Azərbaycan hədəf götürülməyə çalışılır, bu da rəsmi Bakının haqlı narazılığına səbəb olur”.

Asif Nərimanlı: Azərbaycan danışıqlar prosesində Fransanın iştirakına imkan  vermir

Asif Nərimanlı

Siyasi icmalçı Asif Nərimanlının qənaəti budur ki, Toivo Klaarın (Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi - E.S.) açıqlamasına diqqət etdikdə səbəbləri görmək olar: “Brüssel təmsilçisi bəyan edir ki, "Aİ-nin məqsədi Qarabağ ermənilərinin öz “evlərinə” qayıtmasıdır" və onlar “Əliyevin iştirak etmədiyi Qranada görüşünü əsas götürərək, Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etməyə çalışırlar”. Brüssel görüşündə Qranadada Azərbaycanın iştirakı olmadan qəbul edilən bəyanat irəli sürüləcək və bunun qəbuluna çalışacaq. Qranada bəyanatında Qarabağdan çıxan ermənilərin heç bir şərt olmadan geri qayıtması yer alır və bu, bölgədə erməni separatizminin yenidən baş qaldırması riskini yaradır. Çünki “heç bir şərt olmadan” qeydi Azərbaycanın qayıtmaq istəyən ermənilərə “vətəndaşlığın qəbulu” tələbinə qarşıdır. Əliyevin Fransanın təşəbbüsü ilə keçirilən həmin görüşdən imtinasının səbəblərindən birinin mətni öncədən hazırlanmış bu bəyanat olduğu istina edilməməlidir".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR