İnsanlara hürriyət, millətlərə istiqlal!

Qeqamyandan iddia: “Yaxın günlərdə Ermənistana qarşı genişmiqyaslı savaş başlayacaq”

1040 06.09.2023 16:29 Region A A

 
“Çox güman ki, yaxın günlərdə Azərbaycan və Türkiyə Ermənistana qarşı  genişmiqyaslı müharibəyə başlayacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni türkoloq Varujan Qeqamyan yazıb.

Erməni ekspertin iddiasına görə, Vayots-Dzor, Geqarkunik və Sünik rayonlarının sərhədləri boyunca yığılan canlı qüvvə və texnika “irimiqyaslı Türkiyə-Azərbaycan hücumu”nun bir nişanəsidir. Buraya Azərbaycan və Türkiyənin hərbi-siyasi rəhbərliyinin ritorikası və təbliğat hazırlığı da daxildir.

“Hücum olarsa, Yerasxdan (Arazdəyən) Sünikin cənub sərhədlərinə qədər olan ərazini əhatə edəcək. Görünən odur ki, Azərbaycan bu istiqamətdə böyük hazırlıq görür. Ola bilər ki, Türkiyə bu məsələdə təkcə koordinator kimi deyil, həm də birbaşa (örtülü) iştirak etsin.

Hücum baş verəcəyi təqdirdə Türkiyə-Azərbaycan qoşunları nəinki Ermənistanda tam çaxnaşma yaradacaq, onu qeyd-şərtsiz təslim olmağa məcbur edəcək, həm də Ermənistan Respublikasının şimalını cənubdan kəsəcək. Bu, Ermənistanın Cermuk-Vayk xətti boyunca eni 30 km-dən çox olmayan ən dar hissəsidir. Belə bir məsafəni qət etmək üçün Türkiyə və Azərbaycan qoşunlarına cəmi bir neçə saat vaxt lazımdır”,-deyə Qeqamyan qeyd edib.

“Söz yox ki, Ermənistan Respublikasının de-fakto hakimiyyətinin bu təhlükəyə qarşı durmaq üçün nəinki bacarığı, hətta istəyi də yoxdur. Və bu plan baş tutsa, Ermənistan dövləti faktiki olaraq mövcudluğunu dayandıracaq”,-deyə erməni türkoloq məsələni yenə daxili siyasətə gətirir. Qeqamyana görə, Ermənistanın hələ buna müqavimət göstərmək imkanı var. Bunun üçün ilk zəruri addım hazırkı iqtidarın kənarlaşdırılmasıdır.

Belə görünür ki, Ermənistanda bəzi qüvvələr Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün xəyali “Azərbaycan-Türkiyə hücumu” faktorunu işə salıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR