İnsanlara hürriyət, millətlərə istiqlal!

Qeqamyan AÇIQLADI: Azərbaycan Sərkisyanla Köçəryanı həbs edəcək - CANLI

867 11.01.2024 15:00 Siyasət A A

“Azərbaycan Serj Sərkisyan və Robert Köçəryanın həbs olunması üçün hər şeyi edəcək”. Erməni türkoloq Varujan Qeqamyan deyib. “Bakı Ermənistanın keçmiş prezidentləri Serj Sərkisyan və Robert Köçəryanı tutmaq üçün hər şeyi edəcək, Əliyev bunu birbaşa dedi.

Azərbaycan qaz təchizatı baxımından Avropa İttifaqının əsas tərəfdaşlarından biridir. Ona görə də heç bir halda Qərbin təzyiqindən qorxmur, çünki belə bir şey olmayacaq”, – V.Qeqamyan bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev yerli teveiziyalara müsahibəsi zamanı Bakıda istintaq təcridxanasında saxlanılan qondarma rejimin “liderlərindən” danışıb. İ.Əliyev “O qruplaşmada sadəcə 2 nəfər çatışmır, onlar da hazırda İrəvandadırlar. Onlar olsa, heyət tam formalaşacaq” deyib.

Azad edilmiş ərazilərdə də 26 seçki məntəqəsi yaratmışıq. Bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. Xankəndi, Əsgəran, Ağdərə və Xocalıda da ayrıca məntəqələr yaradılıb. Xankəndidə seçki məntəqəsini artıq yaratmışıq. Bir zamanlar separatçıların fəaliyyət göstərdiyi binada seçki məntəqəsi yaratmışıq. İşğal illərində həmin yerlərdə separatçı rejim bölücülük fəaliyyəti ilə məşğul idi. Azad edilmiş ərazilərdə yaratdığımız məntəqələr digər yerlərdə yaradılan məntəqələrə nümunə olmalıdır. Xankəndi başda olmaqla, azad edilmiş ərazilərdə qurulmuş digər məntəqələrdən çəkilişlər aparılmalıdır.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını Prezidentliyə namizədliyi qeydə alınmış Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev cavablandırır.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR