İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb

237 27.05.2023 10:15 Son xəbər A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsində şəhid olmuş Bəhrəm və İman Məmmədzadələrin atası Elman Məmmədov, şəhid Mürşüd Əhmədzadənin anası Ülviyyə Əhmədzadə, şəhid Tural Hümmətovun anası Cəmilə Hümmətova ilə görüşüb.

Mədəniyyət Komitəsində baş tutan görüşdə, şəhid valideynlərinin ürək sözləri dinlənilib.

Komitə sədri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə yüksək həssasiyyətindən, diqqət-qayğısından danışıb, həmin həssasiyyətin, diqqət-qayğının hər bir Millət vəkili üçün də örnək təşkil etdiyini vurğulayıb. O, ümumiyyətlə şəhidlərin ömür-gün yoldaşları, ailə üzvləri ilə hər bir görüşün onun üçün doğma görüş olduğunu bildirib, şəhidlərin əziz ruhuna dərin sayğılarını bildirib:

“Çox şükürlər olsun, işğalçı düşməndən ağır qisas alınıb. Şəhidlərimizin qanı yerdə qalmayıb. Şuşada, Laçında, Kəlbəcərdə müqəddəs bayrağımız dalğalanır, ordumuz qüdrətlidir və öz üzərinə düşən vəzifələrə uyğun olaraq hər bir tapşırığı yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Vətən uğrunda canını qurban vermiş həyat yoldaşınızın timsalında bütün şəhidlərimizin əziz ruhu qarşısında dərin sayğılarla baş əyirik. Ruhları şad olsun”!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR