İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Prof.Dr. Hasan Uslu ilə görüşüb

592 20.08.2022 19:02 Mədəniyyət A A

 


Qənirə Paşayeva Niğde Ömer Halisdemir Universitetinin rektoru Prof.Dr. Hasan Uslu ilə görüşüb.

Q.Paşayeva Türkiyənin Hatay vilayətindəki Mustafa Kamal Universitetinin evsahibliyi, Niğde Ömer Halisdemir Universitetinin tərəfdaşlığı ilə keçirilən "VIII Uluslararası TÜRKCESS - Təhsil və Sosial Bilimlər Konqresi"nin yüksək səviyyədə baş tutduğuna və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə, diqqət və qayğıya görə Prof.Dr. H.Usluya təşəkkür edib.

Azərbaycan nümayəndə heyəti üzvləri ümidvar olduqlarını bildiriblər ki, onun rəhbərlik etdiyi universitetlə Azərbaycanın uyğunprofilli universitetləri arasında daha sıx əlaqələr qurulacaq.

Azərbaycan nümayəndə heyəti üzvləri Niğde Ömer Halisdemir Universitetinin kitabxanasında Azərbaycan şəhidləri, xarıbülbül, Şuşa, Qarabağ, ümumən Azərbaycanla bağlı guşənin yaradılacağına inam ifadə edib. Q.Paşayeva və heyət üzvləri universitetə müvafiq nəşrlər, materiallar göndərməyə hazır olduqlarını bildirib.

Rektor Azərbaycan nümayəndə heyətinin təkliflərini müsbət qarşıladığını və müvafiq qaydada baxılacağını bildirib.

Görüşün sonunda Azərbaycan nümayəndə heyəti adından Prof.Dr. H. Usluya Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR