İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəhrəman şəhid qardaşların əkiz bacı-qardaşı dünyaya gəldi - VİDEO

1072 14.09.2023 19:29 Son xəbər A A

Vətən Müharibəsinin qəhrəman şəhidlərindən Məmmədov qardaşlarının əkiz bacı-qardaşı dünyaya gəlib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu paylaşıb.

Körpələrə Hüseyn və Zəhra adları verilib.

Musavat TV olaraq 2021-ci ildə şəhidimizin ailəsini ziyarət edərək qəhrəman qardaşların həyat hekayələrini dinləmişdik.

Həmin videoreportajı bir daha izləyicilərimizin diqqətinə çatdırırıq:

Eyni gündə toyları olan Cavid və Çingiz vətən uğrunda eyni anda canından keçib. İndi qardaşlar doğulduqları, təhsil aldıqları, hərbi xidmətə yollandıqları kəndlərinin məzarlığında da yan-yanadırlar.

Onların hər biri yaşadıqları həyatla, vətən uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətlə dastan yazdılar. Eyni rütbəni daşıyan Məmmədov qardaşları doğulduqları Şəmkir rayon Yeniabad kəndinin Vətən uğrunda şəhid olan tək qəhrəmanlarıdır.

Cavid və Çingizin ailəsinə, vətəninə əmanət edərək geridə qoyduğu dörd övladları var. Həmin övladları ziyarət etmək, qəhrəman qardaşların sevgi hekayəsini dinləmək də insanı kövrəldir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR