İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanın 10 bölgəsində fövqəladə vəziyyət elan olunub

735 06.04.2024 15:12 Dünya A A

Qazaxıstanda baş verən daşqınlar son 80 ilin ən böyük daşqınlarıdır.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, ölkənin 10 rayonunda fövqəladə vəziyyət elan edilib: “Daşqınlar səbəbindən ölkənin 10 bölgəsində (Abay, Qərbi Qazaxıstan, Kostanay, Pavlodar, Şimali Qazaxıstan, Ulıtau və s. vilayətləri) yerli fövqəladə vəziyyət elan edilib.

Qazaxıstan Prezidentinin sözlərinə görə, hökumətə zərərin ödənilməsi üçün effektiv mexanizm hazırlamaq, onu bütün zərərçəkənlərə izah etmək tapşırılıb: “Məbləğlər dəyən zərərə mütənasib olmalıdır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR