İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda Rusiya TV-lərini yayan sayt bloklandı

676 18.11.2023 19:44 Son xəbər A A

Qazaxıstanda Rusiya telekanallarına baxmağa imkan yaradan “Sputnik24” saytının yayımı dayandırılıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, saytın yayımına Qazaxıstan hökumətinin qərarı ilə “Qazaxıstan Respublikasının ərazisində televiziya və radio yayımı operatorlarının xidmətlərinə və lisenziyası olmayan avadanlıqlara şərti giriş kartları haqqında məlumat yaydığına görə” qadağa qoyulub.

Bloklama barədə Qazaxıstan mətbuatı da məlumat yayıb. “Sputnik24” portalı digərləri ilə yanaşı, “Rusiya 1”, “Rusiya 24”, “Birinci Kanal”, NTV və “Russia Today”ə baxmağa şərait yaradırdı. Sentyabr ayında Mədəniyyət və İnformasiya Nazirliyinə çevrilən Qazaxıstanın keçmiş İnformasiya və Sosial İnkişaf Nazirliyinin resursunda “saytı yoxlamaq” funksiyasından istifadə etdikdə görünür ki, portalın bloklanması barədə əmr iyun ayından qəbul edilib.

Avqust ayında Rusiyanın “Tsarqrad” telekanalının saytının respublikanın İnformasiya və Sosial İnkişaf Nazirliyinin qərarı ilə “ekstremizmin təbliğatı”na görə bloklandığı barədə məlumat yayılmışdı. Həmçinin avqust ayında Qazaxıstanda yandex.kz səhifəsinə giriş rəsmi qurumların qərarı ilə məhdudlaşdırılmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR