İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda qəddarlığı ilə seçilən mütəşəkkil bandanın üzvləri saxlanılıb

1008 04.01.2023 14:37 Kriminal A A

Qazaxıstan və Rusiyanın xüsusi xidmət orqanları mütəşəkkil cinayətkar dəstənin üzvlərini saxlayıb.

Musavat.com Qazaxıstan nediasına istinadla xəbər verir ki, Qazaxıstanın bir sıra şəhərlərində hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəli cinayətkar qruplaşma üzvlərinin saxlanılması üçün xüsusi əməliyyat keçirib.

“Yanvarın 3-də  Qazaxıstan Daxili İşlər Nazirliyi Rusiya DİN-lə birlikdə Baykonır şəhərində ictimai təhlükəli mütəşəkkil cinayətkar qrupun fəaliyyətinin qarşısını almaq üçün birgə xüsusi əməliyyat keçirib. Astana, Qızıl Orda və Konayev şəhərlərində də bu qruplaşmanın əlbirləri saxlanılıb”, - xəbərdə bildirilir.

Xüsusi əməliyyat çərçivəsində ümumilikdə mütəşəkkil cinayətkar dəstənin 18 lideri və fəal üzvü saxlanılıb.

Şübhəlilərin yaşadıqları yerlərdə odlu silah, pul və istintaqı maraqlandıran digər materiallar müsadirə edilib.

“Onların cinayətlərinin sırasına adam oğurluğu, qəsb, silahlı soyğunçuluq və oğurluq daxilldir. Uzun müddətdir ki, kriminal elementlər Baykonır və Qızıl Orda vilayətində kriminal vəziyyətə mənfi təsir göstərib, ağır və xüsusilə ağır cinayətlər törədib, qəddarlıq ediblər", - deyə idarədən bildirilib.

Məsələn, 2022-ci ilin sentyabrında qrup üzvlərinin silahlı “haqq-hesab çürütməsi” zamanı ətrafdakılardan biri güllələnib və hadisə yerində ölüb.

Hazırda ibtidai istintaq çərçivəsində saxlanılan şəxslərin digər cinayətlərin törədilməsində iştirakları müəyyən edilərək, zəruri istintaq hərəkətləri həyata keçirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR