İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan əcnəbilərin övladlığa götürdüyü 120 uşağın taleyindən xəbərsizdir

302 18.01.2024 14:26 Dünya A A

Qazaxıstanlı senator Darxan Kıdırali xaricdə övladlığa götürülən qazaxıstanlı yetimlərin taleyi ilə bağlı məsələ qaldırıb.

Musavat.com kazax24 saytına istinadla xəbər verir ki, deputat problemin dəfələrlə qaldırıldığı, prokurorluğun vəziyyəti düzəltməyə cəhd etdiyini, ancaq ələlik heç bir görünən nəticə olmadığı bildirib.

“2014-cü ildə ölkənin Baş Prokurorluğu xaricə köçürülən uşaqların taleyi ilə bağlı narahatlığını bildirib. Sonra xüsusi araşdırma aparılıb və kimsəsiz uşaqlar və onları övladlığa götürmək istəyən vətəndaşlar üçün vahid informasiya sisteminin yaradılması təklif olunub. Lakin bu araşdırmanın nəticələri və qərarların qəbulu prosesinin gedişi barədə məlumatımız yoxdur. Cənubi Afrika, Keniya, Filippin, Meksika, Malta, Argentina kimi ölkələrdə övladlığa götürülən 120 uşaq nəzarətə götürülürmü? Vahid informasiya sistemi yaradılıbmı? – Darxan Kıdırəli sual səsləndirib.

Xarici vətəndaşlar tərəfindən övladlığa götürülmüş uşaqların hüquqlarını qorumaq məqsədilə Qazaxıstan 2010-cu ildə “Uşaqların müdafiəsi və ölkələrarası övladlığa götürmə ilə bağlı əməkdaşlıq haqqında konvensiya”nı ratifikasiya edib. Uşaq hüquqlarının müdafiəsi sahəsində səlahiyyətli orqan olan Təhsil Nazirliyinin məlumatına görə, konvensiya imzalanandan indiyədək xarici vətəndaşlar 158 qazaxıstanlı uşağı övladlığa götürüblər. Onlardan 2013-2019-cu illərdə 157 uşaq xaricə gedib, son 4 ildə isə 1 uşaq övladlığa götürülüb.

“Konvensiya imzalanana qədər 1999-2011-ci illər arasında əcnəbilər 8805 uşağı övladlığa götürüblər. Onlardan 5217 nəfəri yetkinlik yaşına çatdığı üçün hazırda qeydiyyatdan çıxarılıb. 3588 azyaşlı haqqında məlumat toplanıb. Təəssüf ki, məlumat verməyən, məlumat göndərməyənlər çoxdur. Məsələn, Cənubi Afrikaya gedən 30 uşaq haqqında məlumat yoxdur. Eynilə, ABŞ-da 104, Belçikada 113 və s. uşağın taleyi haqqında məlumata malik deyilik. Ən pisi odur ki, 1999-cu ilə qədər əcnəbilər tərəfindən övladlığa götürülən qazaxıstanlı kimsəsizlər barədə bizdə qətiyyən məlumat yoxdur”, - senator deyib.

D.Kıdırəli 1999-cu ilə qədər əcnəbilər tərəfindən övladlığa götürülmüş kimsəsiz uşaqlarla bağlı araşdırmaların aparılmasını, belə uşaqların bioloji valideynlərinin tapılmasına yardım edilməsini, arzu etdikdə isə ölkəmizin vətəndaşlığının alınmasına köməklik göstərilməsini təklif edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR