İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan diplomatları Seulda yanan avtomobili söndürüblər

378 20.12.2023 11:11 Dünya A A

Qazaxıstanın Seuldakı səfirliyinin iki əməkdaşı yanan avtomobili söndürüb.

Musavat.com xarici mediaya istinadən zəbər verir ki, bu barədə “The Korea Herald” qəzeti yazıb.

Nəşrin məlumatına görə, hadisə bazar ertəsi baş verib. Avtomobil Seulun Yangmun-ro, Yongsan-gu ünvanında yerləşən Qazaxıstan səfirliyi ilə üzbəüz binanın yeraltı dayanacağından çıxıb və qəfildən alovlanıb. Qazax diplomatlar dərhal reaksiya veriblər və yanğını söndürməyə başlayıblar.

“Hər iki diplomat səfirliyin qarşısında yanan avtomobili gördü və instinktiv olaraq təcili müdaxilənin zəruriliyini anladı. Onlar tez hərəkət edərək alovun söndürülməsi və vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün avtomobilə tərəf qaçdılar”, - səfirliyin katibi Daulet Ibraev bildirib.

Təcili müdaxilə nəticəsində avtomobildə partlayış baş verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR