İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazax müğənnisi Polad Bülbüloğlunun “Gəl ey səhər” mahnısını ifa edib   VİDEO

917 12.08.2022 12:49 Mədəniyyət A A

Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Qazaxıstan tanınmış gənc müğənnisi Yernar Sadırbayev (Əmre) Polad Bülbüloğlunun məşhur “Gəl ey səhər” mahnısını ifa edib.

Musavat.com xəbər verir ki, bu əlamətdar günü ilə əlaqədar hazırlanmış videoçarxda iki qardaş ölkənin ən gözəl məkanları təqdim olunur.

Y.Sadırbayev 12 yanvar 1995-ci il tarixində Nur-Sultanda dünyaya göz açıb.

O, Jurqenov adına Qazax Milli İncəsənət Akademiyasının məzunudur. Pop-classic, Pop, R&В, Latino və digər üslublarda çıxış edir. O, “Delfi Oyunları – 2011”, “Boztorqay” və “Torağay” müsabiqələrdə çıxış edib, Milanda keçirilən “Ekspo” sərgisində iştirak edib və “Yeni Dalğa” müsabiqəsində “Qazaxıstanın Səsi” qrupunun üzvü olub. Y.Sadırbayev bir çox beynəlxalq müsabiqələrin laureatıdır.

Qeyd edək ki, avqustun 27-də Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur.



Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR