İnsanlara hürriyət, millətlərə istiqlal!

Qayınanasını xəncərlə öldürüb, arvadını ölümcül yaralayıb, 3 yaşlı uşağı... Dəhşətli cinayətin TƏFƏRRÜATI

1296 09.06.2022 16:59 Kriminal A A

Şəmkirdə ötən ilin iyul ayında arvadına xəncərlə 10 dəfə zərbə vuran, qayınanasını öldürən İntizam Hüseynovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Musavat.com xəbər verir ki, 45 yaşlı İntizam Hüseynov iyulun 13-də saat 19 radələrində aralarındakı mübahisələrə görə ondan ayrılıb anası ilə yaşayan arvadı 21 yaşlı Mahizər Hüseynovanı və qayınanası 48 yaşlı Sədaqət İbadullayevanı babasından miras qalan xəncərlə vurub. Nəticədə S.İbadullayeva ölüb. Mahizər Hüseynova İntizamın əmisi qızı olub. Bu evlilik isə İ.Hüseynovun ikinci nikahı olub.

İttihama görə o, qayınanasının evinə gələrək tövlənin qarşısında ona xəncərlə sinəsindən vuraraq xəsarət yetirib, həmin vaxt Sədaqət İbadullayeva onun əlindən çıxaraq qaçıb. Bundan sonra İntizam Hüseynov “övladın Mahizərin başını kəsəcəyəm” deyərək arvadı Mahizərin olduğu otağa gedib. Qayınanası öz qızını qorumaq üçün yaralı halda onun arxasınca qaçsa da, İntizama mane ola bilməyib. İ.Hüseynov arvadına sinəsindən 2 dəfə, ayağından 1 dəfə, qolundan 1 dəfə və bədənin digər hissələrindən ümumi 8 dəfə xəncərlə xəsarət yetirib. Daha sonra qayınanası ona çataraq əlavə zərbələr vurmasına maneə olub. Bunun ardınca bacısı yerdən götürdüyü tut ağacının budağı ilə İntizamın kürəyindən vurub. Bu müqavimətə görə İntizam arvadını öldürə bilməyib.

Bundan sonra İ.Hüseynov yaralı olan qayınanasını sinəsindən və kürəyindən 3 dəfə xəncərlə vurub. Bu xəsarətlər nəticəsində S.İbadullayeva ölüb.

İntizam Hüseynov cinayət əməllərinə davam edərək qaynının 3 yaşlı oğlu Qəribi öldürəcəyi ilə hədələyib, onların soyunu kəsəcəyini deyərək uşağa və onu qucağında tutan anasına hücum edib. Onları xəncərlə vurmaq istəyəndə arvadı Mahizər yaralı halda onun qarşısını kəsərək özünü zərbənin önünə atıb, nəticədə xəncər onun əlini iki yerdən parçalayıb. Həmin anda anası 3 yaşlı Qəribi qucağına götürərək oradan qaçıb. Buna görə də İntizam Hüseynov 3 yaşlı uşağı və onun anasını öldürmək niyyətini həyata keçirə bilməyib.

Hadisədən sonra saxlanılan İntizam Hüseynovun evindən pulemyotda istifadə edilən patron aşkar edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.7, 29, 120.2.4, 29, 120.2.9, 228.1 və 228.4-cümaddələri ilə ittiham irəli sürülüb.

İ.Hüseynov elan edilmiş ittihamla özünü qismən təqsirli bilib. Deyib ki, qayınanasını öldürməkdə özünü günahkar bilsə də digər ittihamları qəbul etmir.

Məlumata görə İ.Hüseynov spirtli içki aludəçisi olub. Buna görə də ailəsində söz-söhbətlər yaranıb. Bir müddət imiş ki, ailəsi ilə ayrı yaşayırmış. Onun sözlərinə görə qayınanası iddia edirmiş ki, guya o, öz qızını zorlayıb. Bundan başqa əlavə edib ki, arvadı və qayınanası tərəfindən tez-tez təhqir olunurmuş.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Hüseynov qeyd edilən maddələrlə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR