İnsanlara hürriyət, millətlərə istiqlal!

Qardaşını və nənəsini qətlə yetirən Mikoyan 2007-ci ildə maşınla bir qadını öldürübmüş

786 19.10.2023 13:25 Son xəbər A A

30 yaşlı qardaşını və 84 yaşlı nənəsini qətlə yetirdiyinə görə saxlanılan Roman Mikoyan əvvəllər də məhkum olunubmuş.

Musavat.com xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Telekanalın məlumatına görə, 2007-ci ildə R.Mikoyan “Honda Accord” markalı avtomobillə bir qadını vurub. Hadisə Moskvanın cənub-qərbində baş verib. Qadın ölüb və bu cinayətə görə Mikoyan iki il şərti cəza alıb.

Bu gün isə onun qardaşını və nənəsini öldürdüyü məlum olub. R.Mikoyan “Qorki Parkı” qruplarının yaradıcısı Stas Naminin (şəkildə əsl ad-soyadı Anastas Mikoyan olan musiqiçi) oğlu, məşhur sovet dövlət xadimi Anastas Mikoyanın nəticəsidir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları R.Mikoyanı cinayət törətməkdə şübhəli bilinərək saxlayıblar. Hazırda o, dindirilir. Faktla bağlı cinayət işi açılıb.

Onu da qeyd edək ki, öldürülən Artyom Mikoyan Romanla ogey qardaşdırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR