İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağın sürətlə dirçəldilməsi bizi qürurlandırır - Türkiyəli ekspert

350 07.12.2023 14:36 Siyasət A A

Türkiyədə minatəmizləmə işləri görürük. 2021-2022-ci illərdə Füzulidə də minatəmizləmə işləri həyata keçirdik.

Bunu Trend-ə açıqlamasında türkiyəli ekspert Engin Özdemir deyib.

"Ağdama ilk dəfədir gəlirəm. İşğal dövründə törədilən dağıntılar var, amma torpaqlar azad edildikdən sonra Azərbaycanın buranı dirçəltməsi bizi çox sevindirir, qürurlandırır. Ümid edirik ki, qısa zamanda ərazilər minalardan tam təmizlənər", - deyə o bildirib.

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat" adlı beynəlxalq forumun iştirakçılarının Ağdama səfəri başlayıb. Forum iştirakçıları əvvəlcə Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qonaqlara Ağdam Şəhidlər xiyabanı haqqında məlumat verilib. Bildirilib ki, Xocalı soyqırımı və Birinci Qarabağ müharibəsində şəhid olan hərbi və mülki şəhidlərimiz burada dəfn olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR