İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdan ölkəmizə hava terroru - Separatçı-"sülhməramlı" ittifaqı təhlükəli miqyas alır!

814 18.07.2023 11:12 Gündəm A A

“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunur”.

Xəbər verdiyimiz kimi, bu barədə Müdafiə Nazirliyinin 15 iyul məlumatında deyilir.

Bildirilib ki, iyulun 13-də saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus "Gulfstream G280" sərnişin təyyarəsinə qarşı radiomaneələrin tətbiqi nəticəsində onun GPS peyk naviqasiya sistemində fasilə yaranıb.

“Bildiririk ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı əvvəllər də radiomaneələrin tətbiq edilməsi faktı qeydə alınmışdır. Bu kimi halların hava uçuşlarının təhlükəsizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına tərəfimizdən dəfələrlə edilən müraciətlərə baxmayaraq heç bir tədbir görülməmişdir”, - Müdafiə Nazirliyi əlavə edib.

Aydındır ki, bu hava terrorunun arxasında iki xalq arasında barışıqda heç cür maraqlı olmayan Rusiya və onun yerdəki hərbi kontingentinin komandanlığı, eləcə də radikal-revanşistlər dayanır. Əks halda, Rusiya rəsmi Bakının çağırışlarına reaksiya verərdi. 

Mötəbər məlumatlara görə, belə bir təxribatı həyata keçirmək üçün zəruri olan elektronik avadanlıq məhz Rusiyanın nəzarətindəki Xocalı hava limanında yerləşdirilib və separatçıların ixtiyarına verilib.

Ermənilər bu cəsarəti hardan alır?" - İlham İsmayıl

 İlham İsmayıl

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, rus sülhməramlılarına adi xəbərdarlıq heç bir nəticə verməyəcək. Ekspertin fikrincə, çıxış yolu kimi Ağdamın Mərzili kəndindəkin Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin türk nümayəndələrinin iştirakı ilə Xocalı aeroportunda yerləşdirmək tələbini irəli sürmək lazımdır: “Bu tələbin reallaşacağı az inandırıcıdır. Bu variantdan istifadə ediləcəyi və nəticə olmadığı halda Azərbaycan qəti mövqeyini bildirməlidir. Aviasiyamıza nəzarət edə biləcək şəxslərin Xocalı aeroportunda yerləşdirilməsi şərt kimi irəli sürülməlidir.  Heç bir helikopter uçuşuna icazə verilməyəcəyi və müşahidə məntəqəsinə zərbə endiriləcəyi haqqında qəti xəbərdarlıq etmək lazımdır. Sərt hərəkətdən çəkinmək lazım deyil. Brüssel görüşünün nəticəsində  Rusiya XİN-in reaksiyası göstərdi ki, Rusiya da, Ermənistan da yalnız sərt dildən anlayırlar”.

Ramil Məmmədli: Ərazilərin hərbi sursatlardan təmizlənməsi prosesini  sürətləndirmək üçün dəqiq mina xəritəsinə ehtiyac var

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli isə xatırlatdı ki, Qarabağda Ermənistan silahlı qüvvələrinə məxsus radio-elektron mübarizə bölmələri fəaliyyət göstərib. O qeyd etdi ki, hələ 44 günlük müharibədən öncə də mövcud olsa da, sistemlər sonradan da saxlanılıb: “Səhv etmirəmsə, onların vaxtilə Rusiyadan aldığı "Avtobaza" adlı radioelektron mübarizə sistemi var. Hesab edirəm ki, məsələyə bir neçə istiqamətdən yanaşmaq olar. Rusiyanın da belə sistemləri var. Belə məsələlərlə bağlı kəşfiyyat məlumatı əsasında fikir söyləmək olar. Azərbaycanın aidiyyəti qurumları təsdiqlənmiş məlumatı yayırlarsa, bunun əsası var. Bununla bağlı Rusiyaya kəskin mövqe bildirilməlidir. Əslində bütün fikirlər Moskvaya, Rusiya Müdafiə Nazirliyinə yönəlməlidir. Rusiya MN bu məsələyə açıq şəkildə fikir bildirməlidir. Azərbaycan yalnız dövlət xətti ilə cavab istəməlidir. Əks halda, radioelektron müharibəsi şəraitində həmin ərazilərdə hava limanlarının fəaliyyətində problemlərlə qarşılaşacağıq".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR