İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdan ölkəmizə hava terroru BAŞLADI - ermənilərlə rusların yeni əməlləri İŞƏ DÜŞDÜ

1883 18.07.2023 11:33 Gündəm A A

“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunur”.

Xəbər verdiyimiz kimi, bu barədə Müdafiə Nazirliyinin 15 iyul məlumatında deyilir.

Bildirilib ki, iyulun 13-də saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus "Gulfstream G280" sərnişin təyyarəsinə qarşı radiomaneələrin tətbiqi nəticəsində onun GPS peyk naviqasiya sistemində fasilə yaranıb.

“Bildiririk ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı əvvəllər də radiomaneələrin tətbiq edilməsi faktı qeydə alınmışdır. Bu kimi halların hava uçuşlarının təhlükəsizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına tərəfimizdən dəfələrlə edilən müraciətlərə baxmayaraq heç bir tədbir görülməmişdir”, - Müdafiə Nazirliyi əlavə edib.

Aydındır ki, bu hava terrorunun arxasında iki xalq arasında barışıqda heç cür maraqlı olmayan Rusiya və onun yerdəki hərbi kontingentinin komandanlığı, eləcə də radikal-revanşistlər dayanır. Əks halda, Rusiya rəsmi Bakının çağırışlarına reaksiya verərdi.

Mötəbər məlumatlara görə, belə bir təxribatı həyata keçirmək üçün zəruri olan elektronik avadanlıq məhz Rusiyanın nəzarətindəki Xocalı hava limanında yerləşdirilib və separatçıların ixtiyarına verilib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Telman Qasımovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/TVmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR