İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda yaşayan ermənilərə münasibətimiz necə olmalıdır? VİDEOSORĞU

1168 26.04.2022 21:24 Gündəm A A

Qarabağ ətrafındakı vəziyyətin köklü həlli baxımından Azərbaycan dövlətinin əsas hədəflərindən biri də Xankəndi iqtisadi zonasında öz suverenliyini bərpa etməkdir.

Hazırda Rusiya sülhməramlılarının nəzarətində olan  bu ərazilərdə qeyri-qanuni silahlı dəstələrlə yanaşı erməni əsilli Azərbaycan vətəndaşları da yaşayır. Hazırda onlarlarla normal münasibətlərin qurulması üçün iş aparılır. Dəfələrlə dövlət başçısı Azərbaycan vətəndaşlığını və qanunlarını qəbul  edən, suverenliyimizə hörmətlə yanaşan erməni əsilli vətəndaşların hamı kimi bərabər şərtlərlə ölkəmizdə yaşayacağını deyib. Amma o da faktdır ki, hələ xalqımız müharibənin yaralarını unutmayıb. Hər ailədən, hər nəsildən şəhid verilib, qazilərimizin səhhəti ilə bağlı problemlər bu gün də var. Ermənilər Azərbaycanlı şüurunda Xocalı, Qaradağlı, Başlıbel faciələri ilə anılır. 

Bəs görəsən, iki xalq arasında normal münasibətlər necə qurulacaq? Qarabağda yaşayan ermənilərə münasibətimiz necə olmalıdır? 

Bu suallara cavab tapmaq üçün paytaxt  sakinləri arasında sorğu keçirdik.

 

Alim Liftiyev
Rafet Şahbazov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR