İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda BAŞLAYIRIQ? - Qanunsuz erməni silahlı dəstələrinin 4 üzvü öldürülüb – Tural Abbaslı ilə CANLIda

741 28.06.2023 11:28 Son xəbər A A

Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü öldürülüb. Bu barədə erməni mediası məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib və nəticədə 4 erməni terrorçu məhv edilib.

Erməni mətbuatı Qarabağda qanunsuz erməni silahlı dəstələrinin məhv edilmiş 4 üzvünün adını açıqlayıb: Armo Abqaryan, Samvel Torosyan, Ervand Tadevosyan və Qaqik Balayan.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yaymışdı. Məlumatda atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlunun yaralandığı bildirilib. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.

Azərbaycan bundan sonra hansı addımları atacaq? Yeni qarşıdurma gözlənilirmi?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı Canlı debat verilişində Ağ Partiyanın sədri Tural Abbalı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR