İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda "atəş açın" əmrini kim verib? -Kamran Həsənli ilə Sevinc Telmanqızı CANLIda

452 28.06.2023 14:58 Son xəbər A A

"ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Vaşinqtonda görüşə başladığı günü Qarabağda separatçıların Azərbaycan hərbçilərinə atəş açması təsadüfi deyil".

Musavat.com xəbər verir ki, politoloq Elxan Şahinoğlu hesab edir ki, bu təxribat böyük ehtimalla Kremlin planı əsasında baş tutub: "Kreml Vaşinqton görüşünü pozmaq üçün separatçılara “atəş açın” əmrini verib. Bu əmri yerinə yetirənlər ağır zərbə alıblar, 4 separatçı öldürülüb. Bu olay erməni separatçılarının qısa müddətdə tərksilah olunmasını aktuallaşdırır".

Politoloqun fikrincə, Vaşinqtondakı danışıqların nəticəsiz qalması üçün 3 qüvvə - Kreml, erməni separatçıları və “Daşnaksütun” partiyasının simasında radikal müxalifət (İrəvanda səfirliklər qarşısında etirazlara start veriblər) birləşib: "Ermənistanın baş naziri Nikol Paşinyan yenə yarıyoldan qayıdacaq, yoxsa “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” açıqlamasını sənəddə əksi ilə razılaşacaq? Bunu Vaşinqton görüşünün nəticələri göstərəcək. Ararat Mirzoyan Vaşinqtonda Paşinyandan telefonla alacağı son təlimatı əsasında hərəkət edəcək".

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 15.00-də aparıcı Kamran Həsənli və Sevinc Telmanqızı Kamranla 1 verilişində gündəmi müzakirə edəcəklər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR