İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağa qanunsuz buraxılan xaricilər kimdir? - Sülhməramlılardan daha bir özbaşınalıq

1212 30.11.2022 20:00 Gündəm A A

Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlılar mandatlarına zidd daha bir addım atıblar.

Musavat.com-un “Qafqazinfo”ya istinadla məlumatına görə, rusiyalı sülhməramlılar tərəfindən Qarabağ ərazisində 14 xarici ölkə vətəndaşının keçidi təmin olunub. Onların xarici ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları və ya digər müvafiq təyinatlı şəxslər olması haqda məlumatlar var.

Mənbə bildirib ki, hazırda məsələ araşdırılır və müvafiq dəqiqləşdirmədən sonra Qarabağa keçidi təmin olunmuş xaricilərin kimliyi haqda əlavə məlumat veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR