İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın maraqlandığı türk hücumçu kimdir? - DETALLAR FOTO

1070 04.07.2023 21:29 İdman A A

"Yılport Samsunspor"un futbolçusu Ahmet Sağat bir çox klubun transfer siyahısındadır.

"Kocaelispor" (Türkiyə), "Mexelen" (Belçika) kimi klubların maraqlandığı 27 yaşlı hücumçu "Qarabağ"ın da hədəfindədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Oyunçunun gələcəyi ilə bağlı bir qərar hələ ki, verilməyib.

Türkiyəli forvard mərkəz hücumçusudur, sağ və sol cinahlarda da oynaya bilir. Hazırda satış qiyməti 700 000 avro civarındadır. Ötən mövsüm Türkiyə 1-ci Liqası və Türkiyə Kuboku daxil olmaqla 29 oyuna çıxıb, 9 qol və 2 assistə imza atıb.

Ahmet karyerası ərzində Türkiyənin "Menemenspor", Almaniyanın "Berliner", "Babelsberq", "Koblents" kimi klublarında çıxış edib. Hücumçunun "Samsunspor"la müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq. (Offsideplus.az)

ahmet.jpg (177 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR