İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın ÇL-dəki rəqibini YAXINDAN TANIYAQ

2763 20.06.2023 20:31 İdman A A

Çempionlar Liqasının 2023/24-cü il mövsümünün I təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu "Linkoln" (Cəbəllütariq) klubu ilə qarşılaşacaq.

BAKU.WS xəbər verir ki, "Lincoln Red Imps" klubu Cəbəllütariqdə yerləşən Uinston Çörçill prospektindəki futbol bazasında məşq edir.

Komanda ev oyunlarını millinin “Viktoriya” stadionunda keçirir.

Klub Cəbəllütariqin ən titullu futbol klubudur. Komandanın ölkə çempionatında 23 qələbəsi, həmçinin 2003-cü ildən 2016-cı ilə qədər qazandığı ardıcıl 14 liqa titulu var ki, bu da yeni Avropa rekordudur.

"Lincoln Red Imps" klubu 1970-ci illərin sonlarında yaradılıb. Yarandığı vaxt komanda “Qleysis Yunayted” və “Sent Yaqos”dan transfer olunan futbolçulardan ibarət idi. O vaxtdan bəri komanda Cəbəllütariq Futbol Çempionatının ən yüksək futbol liqası olan Birinci Divizionun daimi üzvüdür və çempionatda və kubokda qazanılan kubokların sayına görə, ən titullu futbol klubu hesab olunur.

"Linkoln" ötən il UEFA Konfrans Liqasının qrup mərhələsinə düşməyi bacarıb. Klubun ümumi dəyəri 1,88 milyon avrodur. Ən bahalı oyunçularının dəyəri isə 150 min avro təşkil edir.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR