İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”ın 800 min avro bazar dəyəri olan futbolçusu ilə bağlı NÖVBƏTİ İDDİA

2030 08.02.2024 01:36 İdman A A

"Qalatasaray" "Qarabağ"ın futbolçusu Toral Bayramovu transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə "Fotomaç" məlumat yayıb.

Bildirilir ki, İstanbul klubunun futbol direktoru Cenk Ergün Azərbaycana səfəri zamanı futbolçunu yaxından izləyib. O, Azərbaycan Premyer Liqasının 21-ci turunda keçirilən “Qarabağ” – “Səbail” oyununda tribunada olub.

Klub rəsmisi Toralın oyunundan razı qalıb. Cenk Ergün milli komandamızın üzvü barədə kluba raport təqdim edib.

Bildirlir ki, "Qalatasaray" 800 min avro bazar dəyəri olan ("Transfermarkt"a görə) futbolçunu aşağı qiymətə heyətinə qatmağa çalışacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR