İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” ÇL-da uduzarsa, Konfrans Liqasında kimlə qarşılaşacaq?

894 15.06.2022 19:55 İdman A A

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək üç klubumuzun rəqibləri müəyyənləşib.

BAKU.WS xəbər verir ki, mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq “Zirə” ilk duelini “Makkabi”yə (Təl-Əviv, İsrail) qarşı keçirəcək.

“Neftçi” ilk görüşünü “Aris”lə (Kipr) oynayacaq. İlk görüş Kiprdə baş tutacaq.

“Qəbələ” isə “Fehervar”la (Macarıstan) oynamalı olacaq.

Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 və 28 iyulda olacaq. "Qarabağ" Çempionlar Liqasının ilk təsnifat mərhələsində Polşa "Lex"inə məğlub olacağı təqdirdə "Slovan" (Slovakiya) - "Dinamo" (Batumi) cütünün məğlubu ilə üz-üzə gələcək. "Qarabağ" "Lex"i üstələyəcəyi təqdirdə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubunu sınağa çəkəcək. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR