İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” bu legioneri ilə müqavilənin müddətini uzatdı

475 07.06.2026 13:18 İdman A A

“Qarabağ” braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb.

Bu barədə 25 yaşlı futbolçunun çalışdığı agentlik məlumat yayıb.

Sözügedən agentlik sosial şəbəkə hesablarında bunları qeyd edib:

“Yarımmüdafiəçi Pedro Bikalyonun “Qarabağ”la müqaviləsini yenilədik. Komandanın ən görkəmli oyunçularından biri olan Bikalyo xüsusilə 2025/2026 Çempionlar Liqası mövsümündə Azərbaycan klubu üçün yüksək səviyyəli oyunlar nümayiş etdirib. Bu yeni fəsildə sizə uğurlar!”

Pedro Bikalyo ötən ilin yayında qoşulduğu “Qarabağ”la 3+1 illik müqavilə imzalamışdı. O, Ağdam klubunda 50 oyuna 1 qol vurub. (Sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR