İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" "Braqa" üzərində zəfər çaldı, Avropa fatehi oldu - YENİLƏNİB VİDEO

1907 16.02.2024 02:05 İdman A A

"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Braqa"nın qonağı olub.

Qarşılaşma Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə bitib - 4:2. "Köhlən atlar"ın qollarını 21-ci dəqiqədə Marko Yankoviç (pen), 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurublar.

Meydan sahiblərində 44-cü dəqiqədə Simon Banza, 90+1-ci dəqiqədə Joau Moutinyu (pen) fərqləniblər.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

***

01:39

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda beşinci qol vurulub.

Azərbaycan təmsilçisi 69-cu dəqiqədə hesab arasındakı fərqi daha da artırıb - 4:1.

Abdullah Zubir özünün ikinci, "köhlən atlar"ın dördüncü qoluna imza atıb.

***

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda dördüncü qol vurulub.

Azərbaycan təmsilçisi 65-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb - 3:1.

"Köhlən atlar"ın heyətində Olavio Juninyo fərqlənib.

***

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üçüncü qol vurulub.

Azərbaycan təmsilçisi 54-cü dəqiqədə yenidən hesabda önə keçib - 2:1.

Abdullah Zubir adını tabloya yazdırıb.

***

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci hissə start götürüb.

Hələlik hesab bərabərdir - 1:1.

Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç 21-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 44-cü dəqiqədə meydan sahiblərində Simon Banza tarazlığı bərpa edib.

***

00:52

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

Tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1

21-ci dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. 44-cü dəqiqədə meydan sahiblərində Simon Banza tarazlığı bərpa edib.

***

00:00

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.

Qarşılaşma saat 00:00-da start götürüb.

Görüşü Danimarkadan olan Morten Kroq idarə edir.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR