“Nyukasl”ın futbolçusu Antoni Qordon Premyer Liqada klubunu dəyişə bilər.
Bu barədə “CaughtOffside” məlumat yayıb.
“Liverpul”, “Mançester Siti” və “Arsenal” ingiltərəli vingeri transfer etmək istəyir. Klubu 24 yaşlı oyunçuya 95 milyon funt-sterlinq qiymət qoyub.
Qeyd edək ki, Antoni Qordon ötən gün Bakıda keçirilən, 1:6 hesabı ilə başa çatan UEFA Çempionlar Liqası pley-off mərhələsinin oyununda “Qarabağ”a 4 qol vurub.//“Qafqazinfo”






