İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" 2 illik müqavilə və daha çox pul TƏKLİF ETDİ

2154 11.02.2024 19:43 İdman A A

"Qarabağ" Leandro Andradedən sonra daha bir legioneri ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Ağdam klubu ötən ilin yayında 1+1 illik sözləşmə əsasında sıralarına qatdığı Andrey Lunyova ilə uzunmüddətli əməkdaşlıqda maraqlıdır.

"Köhlən atlılar" 32 yaşlı qapıçıya 2027-ci ilədək nəzərdə tutulan kontrakt təklif edib. Hazırkı anlaşmaya əsasən, tərəflər yayda danışıqlar masası arxasına keçməlidir.

"Qarabağ"ın Avropa Liqasında sərgilədiyi inamlı oyunla azarkeşlərin rəğbətini qazanan rusiyalı kiperi çox gözləmək və çox gözlətmək fikri yoxdur və indidən ona daha çox əməkhaqı ödəməyə hazırdır.

Rusiyada "Torpedo", "Saturn", "Ufa", "Zenit"də çıxış etmiş Lunyov "Bayer"in (Leverkuzen) də qapısını qoruyub. (sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR