İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qanuni oğru”lar Zelenskinin qərarına qarşı məktub yaydılar

2712 22.04.2022 16:03 Kriminal A A

 

 

“Qanuni oğru”ların yaydığı yazılı mesajdan: "Hakimiyyət cinayətkarları avtomatçıya çevirməyə çalışır"

 

“Ukrayna həbsxanalarında saxlanılan cinayətkarlar Kiyev hakimiyyətinin tələbi ilə silah götürməməlidirlər”.

Musavat.com lenta.ru-ya istinadən xəbər verir ki, “qanuni oğru”lar bu barədə yazılı çağırış ediblər.

“Qanuni oğru”ların yaydığı yazılı mesajda deyilir: "Hakimiyyət cinayətkarları avtomatçıya çevirməyə çalışır".

 Müraciətdə qeyd olunur ki, Ukrayna rəhbərliyi “ləyaqətli məhbusların şərəfini ləkələmək üçün” əlindən gələni edir. Bu isə qəbuledilməzdir”. Bildirilir ki, Kiyev hakimiyyətinin "rəhbərliyinə tabe olanlar" "qanuni oğrular”ın sərt cəzası ilə qarşılaşacaqlar.

Müraciəti ilk dərc edən primecrime.ru saytının baş redaktorunun verdiyi məlumata görə, bu “mesaj”  ukraynalı “qanun oğru” Lera Sumskoyun guya Kiyev hakimiyyətinin türmədəkilərin buraxılıb, döyüşə atılmasını dəstəklədiyi barədə xəbərlərə cavab kimi də qiymətləndirilə bilər. Sonradan “qanuni oğru” bu iddiaları təkzib edib, özünün Ukraynada olmadığını və uzun müddətdir Antalyada məskunlaşdığını söyləyib.

Bu arada o da məlum olub ki, Ukraynanın kriminal dairələri Rusiyanın kriminal dünyasının lideri, “qanuni oğru” Zaxari Kalaşova (“Şakro Molodoy”)  biət edirlər.  Ukraynanın yeraltı dünyası, Rusiya kimi “Şakro Molodoy”  klanın təsiri altındadır.

Qeyd edək ki, 2018-ci ildə Rusiyada “qanuni oğru”larla bağlı qanun sərtləşdiriləndən sonra isə Ukrayna kriminal avtoritetlərin sığındığı yeganə ölkələrdən biri oldu. Məlumdur ki, qanuna görə,  “mən qanuni  oğruyam” etirafı kifayət edir ki, Rusiyada onu 15 il həbsə göndərsinlər. Rusiyada qanun sərtləşdikdə bir çox nüfuzlu avtoritetlər ölkə sərhədlərini tərk etmək məcburiyyətində qaldılar. Daha varlı və transmilli cinayətkar şəbəkə ilə əlaqələri olanlar Avropaya getdilər, amma daha az imkanlılar məhz Ukraynaya üz tutdular. Ukrayna isə kriminal aləm üçün “təhlükəsiz sığınacaq” olmaqda çox davam etmədi.    

 2019-cu il parlament seçkilərindən dərhal sonra prezident  Zelenskinin komandası Rusiyadakı qanuna analoji yasaqın gətirilməsi üçün Ali Radaya qanun layihəsi təqdim etdi. Lakin parlamentarilər bu qanun layihəsini əhəmiyyətli dəyişikliklərlə qəbul etdilər.  

2021-ci ildə isə Zelenski hakimiyyəti  ölkədəki kriminal vəziyyətdən ciddi narahat olmağa başladılar. Prezidentin  fərmanına əsasən, Gürcüstan, Rusiya və Azərbaycan vətəndaşlarından ibarət 668 nəfərlik “qara  siyahı” tərtib olundu, qərarın  icrası üçün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasına (SBU) geniş səlahiyyətlər verildi. Siyahıda olan əcnəbi kriminal avtoritetlərin ölkədən çıxarılmasına başlanıldı, ölkədə yaşamaq hüququ və immiqrasiya icazələri məhkəməsiz ləğv edildi, Ukrayna vətəndaşlığı olanlara da güzəşt edilmədi, hətta xaricdə olanlara da ömürlük Ukraynaya giriş qadağası tətbiq edildi.  

  Kriminal avtoritetlərə qarşı sanksiyalar tətbiq etməsindən bir ay sonra ölkədə bir nəfər də olsun “qanuni oğru” qalmadı. Bu bir ay ərzində polis və SBU, demək olar ki, hər gün onlarla cinayət şəbəkə üzvlərini həbs etdi, bir çoxları deportasiya olundu. 

Rəsmi məlumatlara görə, indi Ukrayna ərazisində “qanuni oğru” və ya fəal cinayətkar şəbəkələrin üzvləri ya yoxdur, ya da həbsdədirlər.

Ukraynada müharibə başlayanda Kiyev hakimiyyəti arzu edən hər kəsə ölkənin müdafiəsi üçün silahlandırdı. Sonra isə həbsxanalarda olanların könüllü olaraq ölkənin müdafiəsində iştirak etmək şəraiti da yaradıldı. İndiyədək həbsdən nə qədər adamın buraxıldığı isə açıqlanmır.     

Orxan ƏLİYEV,
Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR