İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanuni keçiddən qanunsuz daşıma, çıxış yolu nədir?

551 11.07.2023 16:23 Gündəm A A

“Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus tibbi təxliyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə olunması ilə bağlı xəbardarlıqlarımıza baxmayaraq, onların öz qanunsuz əməllərinə davam etmələri yolverilməzdir. BQXK Ermənistan nümayəndəliyi humanitar məqsədlər üçün yox, ancaq separatçıların təminatını qaçaqmalçılıqla həyata keçirmək üçün fəaliyyət göstərir. Bu da beynəlxalq normalara və suveren Azərbaycanın qanunlarına ziddir”.

badam.jpeg (279 KB)

Bu fikirləri millət vəkili Azər Badamov Musavat.com-a açıqlamasında bildirib.

O xatırladıb ki, Laçın dövlət sərhəd-keçid məntəqəsinin yaradılması qanuni daşımalar üçün heç bir məhdudiyyət yaratmır:

“Bu məntəqənin yaradılmasından keçən dövrdə Qarabağda yaşayan ermənilər pasportları təqdim etməklə sərbəst şəkildə Ermənistana gedib-qayıda bilirlər. O cümlədən ilk gündən Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə xəstələrin daşınması üçün maneəsiz imkan yaradılıb. Amma aparılan yoxlamalar nəticəsində məlum olub ki, BQXK humanitar məqsədlər adı altında sərhəddən qanunsuz gizli daşımalar həyata keçirir. Hesab edirəm ki, BQXK-nın Ermənistan ofisinin Xankəndidə fəaliyyəti mütləq şəkildə dayandırılmalı və fəaliyyət Bakıda yerləşən ofisdən təmin olunmalıdır. Çünki Xankəndi Azərbaycanın şəhəridir, ərazilərimiz daxilindəki fəaliyyətlər ancaq Azərbaycandakı qurumlar tərəfindən həyata keçirilməlidir. Eyni zamanda BQXK-nın Ermənistana gediş-gəlişi dayandırılmalıdır və bütün humanitar məqsədli daşımalar Azərbaycanla bağlı olmalıdır. Azərbaycan Qarabağdakı erməniləri öz vətəndaşları hesab edir və hər hansı bir xəstənin tibbi yardıma ehtiyacı varsa, bu yardımlar ölkəmizin xəstəxanalarında göstərilməlidir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR