İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qanlı dərə”də müqavimətlə rastlaşan ermənilər

1335 31.03.2023 13:16 Gündəm A A

“Azərbaycanda yaşayan bütün millətləri məhv edərək etnik təmizləmə aparılıb. “Böyük Ermənistan” yaratmaq kimi sərsəm arzusunu reallaşdırmaq üçün soyqırımlar törətməkdə ermənilərin əsas məqsədi olub. 1918-ci ildə ermənilərin törətdiyi soyqırımlar Bakı quberniyasının Quba qəzasını da əhatə edib”.

Musavat.com xəbər verir ki, bu sözləri millət vəkili Azər Badamov qeyd edib.

azer-badamovjpg-1582118164.jpg (162 KB)

O xatırladıb ki, ermənilərə Qubada müqavimət göstərilib: “Bakı Xalq Komissarları Sovetinin komissarı Stepan Şaumyanın tapşırığı ilə erməni generalı Hamazaspın rəhbərlik etdiyi 2 min nəfərlik hərbi dəstə Quba qəzasına göndərilib və 1918-ci ilin yanvar-may aylarında Quba qəzasında yaşayan azərbaycanlı, ləzgi, yəhudi, tat və digər xalqların nümayəndələri olmaqla, 16 mindən çox insan vəhşicəsinə qətlə yetirilib, 162 kənd dağıdılıb, 35 kənd xəritədən silinib. Bu qanlı faciəni törədən ermənilərə müqavimət göstərərək layiqli cavab Quba rayonunun Digah kəndində “Qanlı dərə” adlandırılan ərazidə verilib. Qusarlı Hətəm ağa Cağarvi, Möhübəli Əfəndi Kuzunvi, Əli bəy Zizikski, Xaçmazın Şıxlar kəndinin bəyləri, dəvəçili Həmdulla əfəndi, qonaqkəndli qaçaq Mayıl və başqaları bu döyüşlərdə əsl qəhrəmanlıq nümayiş etdiriblər. Gərgin döyüşdə ermənilərin qanı su yerinə axıdılan bu dərənin adı tarixə “Qanlı dərə” kimi həkk olunub. “Qanlı dərə”də azərbaycanlılar, ləzgilər, tatlar və bu bölgədə yaşayan digər xalqlar əl-ələ verərək erməniləri məhv edib, mart-aprel soyqırımını törədən daşnaklara layiqli cavab verilib.

Ümummilli lider Heydər Əliyev 1998-ci il oktyabrın 3-də Qusar rayonu seçiciləri ilə görüşündə deyib: ““Qanlı dərə”də 1918-ci ildə qusarlılar Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb onları darmadağın ediblər. İndi də qusarlılar Azərbaycan ordusunda xidmət edir, qəhrəmanlıq nümunələri göstərirlər və əminəm ki, qusarlılar müstəqil Azərbaycanın müdafiəsində həmişə dayanacaqlar”.

Qusar şəhərinin mərkəzində “Qanlı dərədə” təpədən dırnağa qədər silahlanmış erməni dəstələrini məhv edən qardaş xalqların qəhrəmanlığının şərəfinə abidə ucaldılıb, bu abidə “Dostluğun qalibiyyəti” adlanır”.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR