İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanınız “qara”dırsa, bu yazı sizin üçündür… –FOTOLAR

1542 09.07.2024 18:11 Yaşam A A

El arasında tez-tez eşitdiyimiz bir ifadə var. İşləri düz getməyənin birindən hal-əhval soruşanda, “qanım qaradır” cavabını verir. Əslində qan qara ola bilməz, yəni bu ifadə məcazi mənada işlədilir. Qanın “qaralmasına” səbəb təkcə işlərin qaydasında olmaması deyil, həm də elə qanın keyfiyyəti də səbəb ola bilər. Belə ki, qan bədənin bütün üzvlərini həyati vacib olan oksigenlə təmin etdiyindən onun keyfiyyətli və təmiz olması orqanizmin sağlamlığı üçün ən vacib şərtlərdən biridir.

Qanın normal tərkibini və keyfiyyətini qaydasında saxlamaq üçün onun vaxtaşırı təmizlənməsini həyata keçirmək lazımdır. Bunun bir çox üsulları var. Onlardan biri də qanın ev şəraitində təbii vasitələrlə təmizlənməsidir. Əgər siz də qanınızın “qaralmamasını” istəyirsinizsə, bu yazıdan faydalanın.

 

Qanın təmizlənməsi üçün ən yaxşı təbii vasitələrdən biridir. Birinci həftə bu şirədən gündə 3 dəfə yarım stəkan, ikinci həftə eyni miqdarda gündə iki dəfə, üçüncü həftə isə gün ərzində bir dəfə qəbul etmək lazımdır. Bu sadə üsul qanı təmizləməklə yanaşı bütün orqanizmə müsbət təsir göstərir.

Sınanmış təbii vasitələrdən biri də sarımsaq və limondur. Bunun üçün 400 qram sarımsaq təmizlənərək xırda doğranılır və 800 qram limon şirəsi ilə qarışdırılır. 3 gün sərin yerdə saxlanıldıqdan sonra gündə 1 çay qaşığı bir stəkan suda həll edilərək qəbul edilir.

İtburnudan hazırlanmış dəmləmə qanı təmizləməklə yanaşı, həm də onun tərkibini yaxşılaşdırır, toksinlərin orqanizmdən xaric olmasına kömək edir, eyni zamanda sidikqovucu xassəyə malikdir. Bunun üçün bir xörək qaşığı itburnu bir stəkan suda 8-10 dəqiqə bağlı qabda qaynadılır və sonra 1 sutka ağzı bağlı saxlanılır. Bir sutkadan sonra süzülərək gün ərzində iki dəfə yarım stəkan qəbul edilir.

Qanın təmizlənməsi üçün daha bir vasitə gicitkən və araqdan hazırlanır. Bunun üçün şüşə qabda 200 qram gicitkən yarım litr araqla qarışdırılır. Sonra bankanın ağzı bağlanılır və tənzifə bükülür. Bir sutka pəncərə qarşısında saxlanıldıqdan sonra 8 sutka qaranlıq yerə qoyulur. Vaxt tamam olanda alınmış məhlul süzülür gün ərzində iki dəfə, səhər yeməyindən yarım saat əvvəl 1 çay qaşığı və eyni miqdarda yatmazdan əvvəl qəbul edilir.

Bu adi və əlçatan üsullardan istifadə edib qanınızı vaxtaşırı təmizləyin ki, sağlamlığınızda problemlər olmasın. Xəstəliklərdən uzaq olun ki, nə özünüzün, nə də doğmalarınızın qanı “qaralmasın”.

Bir məsələni də nəzərinizdə saxlayın ki, sağlamlıqla bağlı atacağınız hər bir addımda həkiminizlə məsləhətləşmək vacibdir./Medianews.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR