İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaluzin İrəvanı NATO-ya görə "danladı": TƏƏSSÜF EDİRİK

937 11.07.2024 09:45 Siyasət A A

"Rusiya Federasiyası İrəvanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakından təəssüflənir"

Musavat.com xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin RİA Novosti-yə açıqlamasında bildirib.

Mixail Qaluzin bildirib ki, Ermənistanın narahatlığını müzakirə etmək üçün konstruktiv yanaşma əvəzinə, təəssüf ki, başqa yol seçiblər.

"NATO ilə əməkdaşlığı dərinləşdirməklə İrəvan öz əlləri ilə Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə pozaraq öz təhlükəsizliyinə zərər vurmaq riski daşıyır. Rusiya baş nazirinin müavini Overçuk əvvəllər İrəvanın Aİ-dəki öhdəlikləri ilə bağlı Avropa istəklərindən danışarkən, başqa bir sahədə - iqtisadi sahədə də olsa, "iki stulda oturmaq" cəhdlərinin qeyri-real olduğunu açıq şəkildə ifadə edib.",-deyə M.Qaluzin bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR