İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalmaqallı məmura cinayət işi açıldı

1330 05.06.2026 17:04 Kriminal A A

Goranboy Rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Şaiq Qənbərli cinayət məsuliyyətinə cəlb edilib.

Musavat.com Bakupost-a istinadən xəbər verir ki, Ş.Qənbərli həmyerlisinin şəxsi həyatına dair məlumatları gizlicə lentə alıb yaymaqda ittiham edilir.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Ş.Qənbərli daha əvvəllər evli qadını qaçırması ilə bağlı gündəmə gəlib. Həmin vaxt o, şöbə müdiri vəzifəsindən çıxarılaraq RİH-də baş məsləhətçi təyin edilmişdi. Lakin bir müddət əvvəl həmin vəzifəsindən də azad olunmuşdu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR