İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qafqaz qaraçıları”nın bitməyən həyasızlığı - lavaşı ermənilərdən necə “xilas” edək?

671 11.07.2023 08:40 Gündəm A A

Ceyhun Məmmədov: “Təəssüf ki, 44 günlük Vətən müharibəsindən sonra bizdə müəyyən bir arxayınlıq yaranıb, bundan da...”

Azərbaycanın mədəni abidələrini, tarixini, ərazisini, torpağını, musiqisini, mətbəxini mənimsəyən ermənilər mənimsədiklərini dünyaya özlərininki kimi çıxararaq, həyasızcasına müsabiqələrə qatılmağa davam edirlər. Musavat.com Kult-az-a istinadən xəbər verir ki, indi də “erməni lavaşı” “Taste Atlas” kulinariya bələdçisinə görə dünyanın ən yaxşı 10 çörəyi siyahısında 9-cu yeri tutub. İlk onluğa həmçinin ənənəvi olaraq Fransa, İran, Çin, Türkiyə və s.-də hazırlanan çörək məhsulları daxildir. Gözlənildiyi kimi, erməni mediası xəbəri böyük sevinclə tirajlayıb. Lavaş ona görə “ermənilərin” sayılıb ki, 2014-cü ildə UNESKO “erməni lavaşı”nın bişirilməsi və yeyilməsi ənənəsini bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil etmək qərarına gəlib.

Bəs vəziyyəti necə düzəltməli, milli mətbəximizin daha neçə məhsulu erməni “girovluğunda” qalır və niyə?

Qeyd etmək yerinə düşər ki, illər öncə də Ermənistan tərəfindən YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına lavaşı “erməni çörəyi lavaşın hazırlanması ənənələri” kimi təqdim etmişdilər. O zaman Azərbaycanın etirazı, bununla bağlı həyata keçirilmiş fəaliyyətlər nəticəsində Ermənistanın təxribat cəhdlərinin qarşısı alınmışdı. YUNESKO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilib və bununla da lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığı, sadəcə, bu mətbəx nümunəsinin Ermənistan ərazisində mövcud olduğu qəbul edilmişdi. Azərbaycan nümayəndə heyəti komitə üzvləri və digərləri ilə keçirilən bütün görüşlərdə Ermənistanın YUNESKO-nun məqsəd və prinsiplərinin öz işğalçı siyasəti üçün alət etməsini tənqid edib və bu cür yanaşmanın təşkilatın nüfuzuna ciddi xələl gətirəcəyini vurğulamışdılar. 

Onu da yada salaq ki, illər əvvəl ermənilər Youtube portalında paylaşdıqları  video ilə təndiri də erməni xalqına məxsus bir dəyər kimi təqdim etmişdilər. İddia ediblər ki, guya təndir erməni mətbəxinin ilk nümunələrindəndir, ondan lavaş, yemək bişirmək və evləri qızdırmaq məqsədilə istifadə edilib. Ermənilərə görə, guya təndir yerdəki günəşi simvolizə edir.

Ceyhun Məmmədov - Deputat - Azərbaycan Respublikasının Milli Məclisi |  LinkedIn

Ceyhun Məmmədov

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ermənilər bu gün də bizim mədəni irsi mənimsəmək üçün gecə-gündüz səylə çalışırlar: “Biz davamlı olaraq ermənilərin bu istiqamətdə addım atdığını görürük. Baxmayaraq ki, lavaş bizim milli çörəyimizdir. Bizim bir çox milli xörəklərimizi ermənilər mərhələli şəkildə öz adlarına çıxarıblar. Artıq kababı da, lülə kababı da, bu yaxınlarda bozbaşı da ermənilərin öz adına çıxardıqlarını gördük. Əslində bu çox ciddi bir məsələdir. Bu gün ermənilər bizi üstələmək üçün dayanmadan çalışırlar. Təəssüf ki, 44 günlük Vətən müharibəsindən sonra bizdə müəyyən bir arxayınlıq yaranıb. Bu arxayınlıq da yolverilməz və qəbuledilməzdir. Bu gün ermənilər açıq şəkildə bəyan edirlər ki, vaxt gələcək Azərbaycana qalib gələcəyik, yenidən Azərbaycan torpaqlarını geri qaytaracaq, böyük ermənistanı quracağıq. Bunun üçün də ermənilər hər vəchlə bizim olanı mənimsəmək istəyirlər. Burada bizim dövlət qurumlarının üzərinə məsuliyyət düşür. Aidiyyəti qurumlar bu istiqamətdə ciddi işlər görməlidir. Həm bizim Xarici İşlər Nazirliyi, həm xaricdə yaşayan azərbaycanlılar, diasporamızın, hər birimizin üzərinə böyük vəzifə düşür. Əgər biz bu vəzifənin öhdəsindən gəlməsək, ciddi şəkildə çalışmasaq, bir də onda görəcəyik ki, ermənilər bütün milli-mədəni irsimizi öz adlarına çıxıblar. Azərbaycan musiqisi də, yeməkləri də, mədəniyyəti də, tarixi də erməni tarixi, yeməyi kimi təqdim olunur. Çünki biz nəzərə almalıyıq ki, ermənilərə böyük dəstək var. Biz də ona görə çox ciddin addımlar atmalıyıq ki, bu prosesdə gecikməyək, qarşımıza qoyduğumuz hədəflərə nail ola bilək. Əks halda, bu çox çətin, mürəkkəb bir proses olacaq”.

Ekspertlər hesab edir ki, 1698-ci ildən 1908-ci ilədək nəşr olunmuş 17 erməni dili lüğətinin heç birində "lavaş çörəyi" sözünə rast gəlinməyib. Əgər ermənilər hələ qədimdən nazik, incə lavaş çörəyinin bişirilməsi təcrübəsinə malik idilərsə, bu söz erməni dilində orta əsrlərə aid mətnlərdə yer almalı idi. Axı bu günün erməni dilçiləri "lavaş" sözünün erməni köklü olduğunu sübut etməyə çalışırlar. Amma keçmiş nəsillərə mənsub erməni filoloqları nədənsə erməni dilinin klassik lüğətlərinin heç birinə bu sözü salmayıblar. Erməni orfoqrafiyasına aid bu lüğətlərdə nazik çörək, yaxud istənilən növdə çörək anlamı verən lavaş sözlərinə rast gəlinmir. Ən başlıcası, Yeremiya Maqretsinin (1698), Mxitar Sebastasinin (1749), Avetikyan, Syurmeliyan, Avqeriyanın (1836) və Mkırtıç Avqeriyanın (1865) ermənicənin 4 izahlı lüğətində "lavaş" və ya "lavş" sözünə ümumiyyətlə rast gəlinmir. Mütəxəssislər əmindir ki, XX əsrin əvvəllərinədək erməni dilində lavaş termini olmayıb. Bu söz yalnız müasir erməni dili lüğətlərinə salınıb.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR