İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadınlar Günündə qadın cinayətləri

467 08.03.2023 14:39 Hadisə A A

8 Mart - Beynəlxalq Qadınlar Günündə qadın cinayətləri xəbəri gündəm olub.

Musavat.com-un xəbərinə görə, qətlin biri İstanbulda baş verib.

Tülay Erşahin Yaşar həyat yoldaşı Murat Yaşar tərəfindən bıçaqlanaraq öldürülüb. 35 yaşlı Murat Yaşar mübahisə zamanı həyat yoldaşı 30 yaşlı Tülay Erşahin Yaşarı qətlə yetirdikdən sonra intihar edib. 

Daha bir qadın cinayəti Batmanda baş verib. 38 yaşlı Murat Atılgan boşanma ərəfəsində olduğu həyat yoldaşını qətlə yetirib. Bir müddət atasının evində yaşayan 33 yaşlı Tuba Atılgan dayanacaqda mikroavtobus gözləyərkən həyat yoldaşı tərəfindən güllə yağışına tuş gəlib. Gənc qadın yerindəcə ölüb. Hadisə yerində olan 17 yaşlı tələbə qız isə xəsarət alıb.

Bir başqa cinayət Malatyada baş verib. Taksi sürücüsü olan gənc adam birlikdə yaşadığı qadını bıçaqlayaraq öldürüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR